2 yaşlı qıza elçi gedən aparıcı - Arsızlığın son həddi!

2 yaşlı qıza elçi gedən aparıcı - Arsızlığın son həddi!Hansı telekanal olduğunun əhəmiyyəti var? Onsuz da hamısı eyni gündədir. Hamısının efirindən cəhalət, bayağılıq, əttökənlik fışqırır. Rəhmətlik nənəm bu cür vəziyyətlə qarşılaşanda həmişə belə deyirdi: "Allah hər iki cahanda üzünüzü qara eləsin!"

...Guya hansısa şou proqramıdır. Özəl telekanalın ağlı topuğunda olan xanım aparıcısı gənc müğənnini sorğu-sual edir. Onların arasında belə bir dialoq baş verir:

- Qızınız var? SEO Xidməti

- Bəli, var.

- Neçə yaşındadır?

- 2

- Ona elçi gəlsə, oğlandan nə tələb edərsən? Ev, maşın, yoxsa pul istəyərsən?

Araya sükut çökür. Gənc müğənni rəng alıb rəng verir. Onu soyuq tər basır. Bir neçə saniyə sonra dili topuq çala-çala belə deyir:

- Axı o, çox balacadır...

Ekran qarşısında yumağa dönürəm. Məni də soyuq tər basır. Axı o kütbeyin qız mənim "həmkar"ımdır...

Həmkar sözünü dırnaq işarəsində yazmağıma baxmayın. O qız özünü Etibar Cəbrayıloğludan, Əfqan Qafarlıdan, Sevinc Telmanqızıdan, məndən, Laura Cəbrayıllıdan, Zülfiyyə Mustafayevadan, Bahar Rüstəmlidən, Qurban Yaquboğludan yaxşı jurnalist sayır. Bəlkə də heç bizi tanımır...

Mənim 25 illik redaktor təcrübəm var. Uzaq keçmişi kənara qoyuram, təkcə son illər iş prosesində Əsmətxanım Rzazadə, Sayad Həsənli, Mehri Qurban, Nəzrin Cavad, Rəfi Müslümov, Aytac Şahin, Nazim Hacıyev, Nəsimi Ələsgərli kimi zəhmətkeş, istedadlı, perspektivli jurnalistlərlə qarşılaşmışam. Amma bu cür bacarıqlı gənclərlə yanaşı, məhdud dünyagörüşə malik olan, danışdığı kimi yazan müxbirlərlə də işləmişəm. Məsələn, beş-altı il əvvəl Xalq artisti Faiq Sücəddinovla müsahibəyə gedən müxbirimizin hazırladığı sualları nəzərdən keçirəndə, sözün həqiqi mənasında şoka düşmüşdüm. Üstündən xeyli müddət keçsə də, əməkdaşımızın müsahibə ünvanlamaq istədiyi sual indiyə kimi yadımdadır. Olduğu kimi yazıram: "Niyə indi Nəsibə Zeynalova kimi korifey xanəndələr yetişmir?"

Əvvəl sualı redaktə etdim, sonra isə Nəsibə xanımın çəkildiyi ən azı beş-altı populyar filmin syahısını tərtib edib həmin jurnalistə verdim. Təbii ki, öz tövsiyəmi də verdim: "Şənbə və bazar günü bu filmləri seyr edərsən".

Görəsən, o verilişin redaktoru yoxdur? Görəsən, o telekanallarda böyük, başbilən yoxdur?

Sözsüz ki, başda oturan var. Amma başı yoxdur. (yenisabah.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3320   Tarix: 18 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr