Ailəsi göz yaşları içində Elnur Əşrəfoğludan danışdı: "Ona görə çox peşmanam"

Ailəsi göz yaşları içində Elnur Əşrəfoğludan danışdı: "Ona görə çox peşmanam"Baku TV-də "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayı tanınmış telejurnalist Elnur Əşrəfoğluna həsr olunub.

Elnur Əşrəfoğlu televiziya tarixinə 1995-ci ildə müstəqil Azərbaycanın İsraildə ilk futbol reportajını xarici ölkədən aparan şərhçi kimi daxil olub.

2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, sonra isə "Neftçi" klubunun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb. Mərhum jurnalist barədə xatirələrini bölüşən həyat yoldaşı İlahə Şükürova Elnur Əşrəfoğlu ilə ailə həyatı qurduğuna görə heç vaxt peşman olmadığını deyib.

O, həyat yoldaşının futbol sevgisini oğluna necə aşılamasından danışıb:

"Oğlumuz Mətinə körpə vaxtlarından futbol izlədirdi. Deyirdim, ay Elnur, o nə başa düşür, futbol nədir. Üç yaşından sonra Mətini özü ilə stadionlara aparırdı. Necə o marağı Mətində yaradıbsa, indi oğlum Elnurun davamçısıdır".

İ.Şükürova E.Əşrəfoğlunun koronavirusa yoluxma dövründən bəhs edib:

"Sentyabrın 1-i idi. Elnur mənə zəng vurub özünü çox pis hiss etdiyini dedi. Evə gəldi. İlk dəfə idi ki, onun hərarətinin qalxdığını gördüm. Bu xəstəliyin adı ona dəhşətli gəlirdi. Virus yayılandan Elnura görə çox qorxurduq. Düzdür, Elnur sağlam idi, heç bir problemi yox idi. Amma bir böyrəyi var idi. Buna görə çox narahat idik. Səhər getdik, test verdik. Telefona pozitiv olması barədə cavab gəldi. Elnur kimi həyatsevər, hər şeyə normal baxan insan o mesajdan sonra çökdü. Telefonu söndürdü, heç kimin zənginə cavab vermədi".

Qızı Zöhrə Şükürova ölüm ayağında olan atasını xəstəxanada ziyarət etmədiyinə görə peşman olduğunu söyləyib:

"Sonuncu dəfə atamı xəstəxanaya yola salarkən gördüm. Gedəndə mənə dedi ki, ağlama, pis olma, bir həftəyə qayıdacağam. Özü də vəziyyətinin ağır olduğunu hiss edirdi, amma yenə də təsəlli verməyə çalışırdı. Yanına getmək istəyirdim, amma yaxınlarım dedilər ki, atanı o vəziyyətdə görməsən, daha yaxşı olar. İndi çox peşmanam, kaş yanına gedərdim".

Ətraflı videoda:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1206   Tarix: 20 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr