Bu şəxslərin uşaqlarına verilən müavinətin məbləği 250 manata QALDIRILA BİLƏR - AÇIQLAMA
"Sosial müavinətlər haqqında" qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının uşaqlarına müavinətin verilməsidir. Həmin qanunun 4-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir. Hazırda aylıq müavinətin məbləği 120 manatdır. Bu müavinət hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir.
Sözügedən müavinət növü həmin hərbçilərin ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində verilir. Bəs müavinətin məbləği 120 manatdan 250 manata qaldırıla bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Mətanət Məmmədova deyib ki, Müddətli həqiqi hərbi xidmət keçən hərbçilərin uşaqlarına verilən 120 manat məbləğin 250 manata çatdırılması daha yaxşı olardı:
"Bu daim çətin iş şəraitində olan hərbçilərimizin sosial rifahının artmasına səbəb olardı. Bütün sahələrdə deyirik ki, verilən müavinətlərin məbləği artırılsın. Uşaqpulunun verilməsi, bu cür müavinətlər və digər sosial ödənişlərin artırılması vətəndaş rifahının təmin olunması deməkdir. Lakin bir məsələni nəzərimizdən qaçırmamalıyıq. Biz müharibədən yenicə çıxmış bir ölkəyik. Bu gün işğaldan azad olunmuş ərazilərdə quruculuq və abadlıq işləri həyata keçirilir. Hansı ki, o torpaqlarda hər kəsin bildiyi kimi daş üstə daş qalmayıb. Bizim 30 ildən məcburi köçkün düşmüş soydaşlarımız var. Onlar ata-baba yurdlarından hələ də uzaqda yaşayırlar. Onların yerləşdirilməsi və yaşaması üçün həmin ərazilərə xeyli məbləğdə vəsait ayrılır. Bütün bunlara görə, hələlik bu cür müavinətlərin artırılmasından danışmamalıyıq".
Sosioloqun sözlərinə görə, həmin ərazilərdə abadlaşma aparılmalıdır ki, illərdir gözləri yollarda qalan soydaşlarımız orada yaşaya bilsinlər:
"Statistikaya baxsaq her il pensiya, sosial ödəniş və əməkhaqlarında artım tempi müşahidə olunub. Bu cür müavinətlərin artırılması qarşıdakı illərdə artırılması gözləniləndir. Yalnız hər şey zamana bağlıdır. Hərbçilərin uşaqlarına verilən müavinətlərin, pensiya və əməkhaqlarının artırılması zamanla həyata keçiriləcəkdir. Hərbçilər bizim təhlükəsizliyimizin təminatçılarıdır. Onlar üçün sosial rifah halları artırılarsa, bu bütün ölkənin təhlükəsizliyi deməkdir. Ucqar ərazilərdə xidmət edən, ailəsindən aylarla uzaqda qalan hərbçi üçün bu müavinətin artırılması vacibdir. Eyni zamanda onların rifahının yaxşılaşdırılması övladlarının gələcəyi deməkdir. Ümidvaram ki, yaxın gələcəkdə bütün bunlar mərhələli şəkildə həyata keçiriləcəkdir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1045 Tarix: 20 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabr