Yayın qorxulu bəlası olan ÇİMƏRLİKLƏR: Çaylar və göllərə giriş QADAĞAN OLUNACAQ? - AÇIQLAMA

Yayın qorxulu bəlası olan ÇİMƏRLİKLƏR: Çaylar və göllərə giriş QADAĞAN OLUNACAQ? - AÇIQLAMAS9on zamanlarda rayonlarda vətəndaşların çaylarda, göllərdə və çimmək üçün nəzərdə tutulmayan su hövzələrində boğulma halları müşahidə olunur. Buna nümunə olaraq Cəlilabadda su bəndində iki uşaq boğulması halını xatırlada bilərik. Bənddə çimərkən boğulan şəxslər - 16 yaşlı Nihat Aşurov və 20 yaşlı İbrahim Həsənovdur. Daha əvvəl isə Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub. Hadisə Araz çayının rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göründüyü kimi mövsüm açıq elan edilməmişdən əvvəldə bu hallara rast gəlinib. İnsanlar nəzərdə tutulmayan su hövzələrinə üz tutmaqla həyatlarını təhlükəyə atırlar. Bəs çaylar və göllərə giriş qadağan edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Elmar Nuraliyev deyib ki, çaylarda və göylərdə, o cümlədən çimmək üçün nəzərdə tutulmayan yerlər insanlar üçün təhlükəlidir.Valideynlər bu istiqamətdə uşaqlarına nəzarət etməlidir. Azyaşlı uşaqları çaylar və göllərdə çimməkdən çəkindirməlidir:

"Elə insanlar var ki, tanıdıqları çaylar yaxud göllərə illərdir ki gedir və çimərlik mövsümü gələn kimi bu su hövzələrinə çimməyə gedirlər. Ancaq hadisə olanda birdən baş verir. Bunu nəzərə almaq lazımdır. Göllər, çaylar və su anbarları çimmək üçün nəzərdə tutulmayıb. Yəni kanallarda, çaylarda axın sürəti ilə suyun altında olan axın sürəti arasında minimum 4-5 dəfəyə qədər fərq olur. O cümlədən suyun dibində yosunlar və bitkilər, şüşə butulkalar, daş parçalar ola bilər. Bu da çimən şəxsi zədələyə, suyun dibinin bataqlıq olması isə onun həyatını təhlükəyə ata bilər. Fəaliyyətinə icazə verilən çimərliklərdə mövsüm başlamamışdan qabaq müvafiq qurumlar tərəfindən suyun dibinin akvatoriyası öyrənilir. Suyun dibinin relyefi, daş parçaları, axın sürəti öyrənilir. O cümlədən suyun fiziki-kimyəvi xassələri araşdırılır. Əgər çimərliklər insanların həyat və sağlamlığına təhlükə yaratmırsa, ondan sonra vətəndaşlara icazə verilir. Göllər və çaylarda suyun dibi və keyfiyyəti yoxlanılmır. Orada çimən şəxslərə maarifləndirmə işləri aparılsa da, yenə də insanların çaylarda və göllərdə boğulma halları davam edir".

Ekspertin sözlərinə görə, çaylar və göllərə qadağa qoyulması, çay boyu hansısa hasara alma tədbirləri aparmaq düzgün yanaşma olmaz:

"Həm də fiziki olaraq bunu etmək mümkün deyil. Əlbəttə ki, həmin yerlərdən daimi istifadə olunur. Amma orada xəbərdar etmə yaxud maarifləndirici lövhələr qoyula bilər. Eyni zamanda müəyyən növbələr təşkil etməklə çimən şəxslərə qarşı müəyyən tədbirlər görülə bilər. O cümlədən bu istiqamətdə reydlər həyata keçirilə bilər. Digər tərəfdən əgər eyni yerdə dəfələrlə boğulma halları olubsa, həmin bölgəyə nişanlar qoyula bilər. Digər tərəfdən sözügedən istiqamət üzrə boğulma halları müşahidə edilibsə, bloklama təşkil edilə bilər. Belə bir tədbirlər keçirilə bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 813   Tarix: 20 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr