Ağalar müəllim, bir qələt edib, sizin şirkətdən ev almışıq... - Jurnalist deputata səsləndi

Ağalar müəllim, bir qələt edib, sizin şirkətdən ev almışıq... - Jurnalist deputata səsləndi"Kristal Abşeron" tikinti şirkətləri arasında bəlkə də yeganə şirkətdir ki, müştəri məmnuniyyəti barədə düşünmür, düşünmək istəmir.

AFN.az xəbər verir ki, bunu jurnalist Arifə Əliyeva sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, 2019-cu ildə şirkətin Abşeron rayonunda inşa etdiyi "Kristal Abşeron -1" şəhərciyində ev alıb: "Bu 4 il ərzində daha başımıza gəlməyən oyun qalmaylb. Bizə konkret olaraq qazanc mənbəyi kimi baxırlar. Sakinlərin cibinə girmək üçün hər dəfə bir üsul fikirləşib tapırlar. Mənzil alandan qısa müddər sonra kommunal ödənişləri qaldırdırlar. Özü də nə az, nə çox 70 faiz. Bura zibil pulundan tutmuş lift puluna qədər bütün ödənişlər daxildir .

Daha sonra liftə kart sistemi tətbiq etdilər. Elə bilirsiniz, bu müasir standarlarla ayaqlaşmaq üçün edilib? Xeyr, yenə məqsəd pul qazanmaqdır.
Kartı itirdinsə, ikinci dəfə pulla almalısan. Qiyməti də 10 manat. Mən hələ yaşayış binasında liftə kart sisteminin tətbiq edilməsinin nə dərəcədə doğru olub-olmadığına toxunmuram. Hərçənd, bu məsələ ilə bağlı da xeyli narazılıq var. Çünki kart sistemi sakinlər üçün müəyyən problemlər yaradır. Tutaq ki, qonağın gəlib, ya o, piyada 11-ci mərtəbəyə qalxmalıdır, ya da sən aşağı düşməlisən. Çünki qonaqda kart yoxdur. Yaxud kart yaddan çıxıb qalıb evdə, vəssalam, gəl indi bu istidə piyada yuxarı qalx. Nə isə, bütün bunlara birtəhər dözürdük. Amma son addımlarına artıq adamın əsəbləri dözmür. Son addımları da budur ki, qarajların qiymətini 30 manatdan 50 manata qaldırıblar. Qiymət artımının səbəbini də izah etmirlər. Hələ onu demirəm ki, bu xidmətləri də lazımi səviyyədə deyil. Təsəvvür edin, mən qaraja öz yaşadğım binadan deyil, yanaşı binadan daxil olmalıyam".
Jurnalistin sözlərinə görə, binanın həyətində maşın saxlamağa ümumiyyətlə yer qoymayıblar: "O qədər sıxlıq var ki, maşınını saxlasan, sonra onu oradan çıxarmaq müşkülə çevriləcək. Nəzərə almayıblar ki, binada xəstəsi olan, təcili işi çıxan sakinlər ola bilər. Həmin vaxt onlar maşınlarını həyətdən çıxarmaq üçün azı 2-3 saat əlləşməli olacaq.

Şəhərciyin ortasında kiçik bir park var idi. İndi oranı da zəbt ediblər. Deyilənə görə, bina tikəcəklər. Allah uzaq eləsin, yanğın olsa, bura yanğınsöndürən maşınlar girə bilməyəcək. Belə başa düşürəm ki, "Kristal Abşeron" tikəndə yalnız hər nə yolla olursa-olsun pul qazanmağı düşünür. Sakinlər necə yaşayacaq, hansı problemlərlə üzləşəcək, onların vecinə deyil.

Mətbuatda dəfələrlə yazılıb ki, "Kristal Abşeron" şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. Bu iddia indiyə qədər təkzib olunmayıb. Ona görə də buradan Ağalar Vəliyevə müraciət edərək deyirəm ki, Ağalar müəllim, indi bir qələt edib, sizin şirkətdən ev almışıq, niyə bizə yaşamağı haram edirsiniz?!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 979   Tarix: 20 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr