Məktəblərdə "gündəlik"lər LƏĞV OLUNA BİLƏR - AÇIQLAMA
Məktəblərdə şagirdin summativ və formativ qiymətləndirməsinin nəticələri onun "məktəbli kitabçası"na yazılır. Belə ki, şagirdin formal olaraq hazırlığı və qiymətləndirmələri "gündəlik" olaraq adlandırdığımız bu kitabçalar ilə valideynlərə çatdırılır. Keçmiş dövrlərə nəzər salsaq, qiymətləndirmələr rəqəmlər iə ifadə olunurdu. Amma artıq kurikulum təhsil sistemi tətbiq edildiyi vaxtdan qiymətlər sözlər ilə ifadə olunur.
Bir çox ekspertlər bu kitabçaları lazımsız olaraq görür. Artıq dünyanın qabaqcıl ölkələrində təhsil olan baxış və məzmun dəyişib. Belə olan təqdirdə məktəblərdə "gündəlik"lər ləğv oluna bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, dünyada bu gün təhsilə baxış dəyişib. Bu günləri qiymətləndirmə amili, məktəbli kitabçaları və dərsliklərə baxış tamamilə fərqlidir:
"Bunlar hazırda klassik yanaşmalardır. Standart qiymətləndirmə və onların əks olunduğu məktəbli kitabçaları, qiymətləndirmənin elektronlaşdırılması klassik baxışdır. İlk olaraq sualı özümüzə verək. Bu gün məktəbli kitabçaları lazımdırmı və yaxud onların funksiyası nədir? Təhsilin ana funksiyası və missiyası bunu qavramır. Bu söhbət təhsilin fəlsəfəsi və gücü üçün o qədər vacib məsələlər deyil".
Ekspertin sözlərinə görə, bu gün elə bir təhsil və məktəb formalaşmalıdır ki, onun nəzəriyyəsində yaxud uşağa münasibətində məktəbli kitabçası kimi amil ümumiyyətlə olmamalıdır:
"Gündəliklərin ləğv olunması və elektronlaşdırılması sadəcə olaraq format dəyişikliyi olacaq. Təhsilin məzmunu eynilə qalır. Bu gün kağız üzərində yazılan qiymətlər sənəd üzərindən yazılacaq. Bu gün əsas odur ki, məzmun dəyişsin. Təhsilin məzmununda dəyişiklik getməlidir. Məktəbli kitabçasını kağızdan elektrona çevirməklə hər hansı bir məzmun dəyişikliyinə əl atmırıq. Bunu əsas düşünmək lazımdır. Əfsuslar olsun ki, dəyişikliklərin çoxu forma ilə bağlıdır. Ümidvarıq ki, məzmun ilə bağlı dəyişiklik nə vaxtsa olacaq".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1205 Tarix: 21 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabr