COP29: İqlim danışıqları üzrə marafonu noyabrda uğurla başa çatdırmaq niyyətindəyik
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyindəki hər üç əsas məsələ, şübhəsiz ki, Afrika ölkələri üçün də vacibdir.
"Report" xəbər verir ki, bunu COP29-un baş icraçı direktoru Elnur Sultanov "CNBC-Africa"ya müsahibəsində deyib.
Qarşıdan gələn sammitin əsas istiqamətləri Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG), karbon bazarlarına dair 6-cı Maddə, İtki və Zərər Fondudur.
E.Sultanov bildirib ki, noyabrda Bakıda keçiriləcək konfrans əsasən iqlim maliyyəsi məsələlərinə həsr olunacaq: "Bu mövzunun əhəmiyyəti sözsüzdür. Gündəmdə olan üç əsas məsələ əvvəllər razılaşdırılmış 100 milyard dollarlıq iqlim maliyyəsinin məbləğinin artırılması, karbon bazarı ilə bağlı 6-cı Maddə və bəzi bazar əsaslı yanaşmalardır. Bu da iqlim maliyyəsinin bir aspektidir. İtki və Zərər Fondu məsələsi də buraya daxildir".
COP29-un baş icraçı direktoru Bonn iqlim konfransı zamanı gündəliyin qəbulunu irəliyə doğru atılmış mühüm addım adlandıraraq, indiyədək əldə edilmiş irəliləyişlərlə bağlı nikbinliyini ifadə edib: "Bununla belə, xüsusilə iqlim böhranını həll etmək üçün iddialı və ədalətli maliyyə öhdəliklərinə nail olmaqla bağlı problemlər qalmaqdadır".
Onun sözlərinə görə, davam edən danışıqlar COP29-un uğurunu və bütün iştirakçı tərəflərin öhdəlik səviyyəsini müəyyən etmək üçün çox vacibdir: "Yeni Kollektiv Kəmiyyət Məqsədinə (NCQG) gəlincə, gözləntilər daha yüksək idi, lakin bu, yeni başlayan marafondur. Biz sürət toplamaq və prosesi noyabr ayında uğurla başa çatdırmaq niyyətindəyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 698 Tarix: 22 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabr