Elvin İslamovun atası: "Bizə şəhid olacağının mesajını verirdi, anlamırdıq"
Baku TV Vətən müharibəsi şəhidi Elvin İslamov haqqında reportaj hazırlayıb.
Elvin İslamov Vətən müharibəsi başlanan ilk gündən cəbhəyə yollanıb.
9 oktyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Oktyabrın 29-da onu və yoldaşlarını döyüş zonasından götürə biliblər.
Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan E.İslamov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin atası Elçin İslamov oğlu haqqında danışarkən bildirib ki, Elvin həlak olmamışdan qabaq ailəsinə şəhid olacağının mesajını verirdi:
"Elvin işə gedəndə bəzən bacısına "şəhidə belə qulluq etməzlər. Mən şəhid olacağam" deyirdi. Müharibədən əvvəl işlədiyi yerdən çıxdı. O ərəfədə pula da ehtiyacı var idi. Elvini tənbeh edirdim ki, bu vaxt işdən çıxmazlar. Elvin "ata, mən elə bir iş görəcəyəm ki, hamınız mənimlə fəxr edəcəksiniz" deyirdi. Bunların hamısı şifrəli sözlər idi. Onun şəhadətindən sonra düşünürsən ki, Elvin bizə mesaj verirdi. O, bizi şəhid olacağına hazırlayırdı".
Elçin İslamovun sözlərinə görə, anası Elvinin şəhid olduğunu öyrəndiyi gün onu yuxuda görüb:
"Elvin anasına deyib ki, qurbanlarını kəs, dostlarımla gəlmişəm. Buna görə də, oğlum şəhid olanda iki qurban kəsdik".
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 846 Tarix: 24 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabr2027-ci ildə pensiyalar nə qədər arta bilər?
2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"
27 sentyabr