Diş həkiminə getdikdən sonra evində ÖLÜ TAPILDI
Türkiyədə qadın diş. ağrısı üçün getdiyi xəstəxanadan qayıdan zaman evində ölü tapılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Bursada yaşayan qadın yaxınları tərəfindən evində ölü tapılıb. Hadisənin təfərrüatları ilə əlaqədar xəstəxanın tibb bacısı yerli mətbuata açıqlama verib.
Bir müddətdir dişi ağrıyan Enda Balta təxminən 3 gün əvvəl klinikaya müraciət edib. Qadın dərman verilsə də ağrıları keçməyib. Bununla əlaqədar qadın ağrılarına görə mərkəzi xəstəxanaya yaxınlaşıb.
Enda Balta müalicədən sonra evə qayıpb və yaxınları verilən dərmanları almaq üçün aptekə gedib. Qohumları qadın çarpayıda hərəkətsiz halda tapılıb. Hadisə yerinə təcili yardım qrupları gəlib və xəastənin öldüyünü bildiriblər. Araşdırmalar üzrə müəyyən edilib ki, qadının dişindəki iltihabın müalicəsi üçün antibiotik vurulub. Qadın özəl klinikada hər 12 saatdan bir 600 milliqramlıq ampula vurdurmağa başlayıb.
Ağrıları kəsilmədiyi üçün qadın ağrıkəsici dərmanlar atıb. Enda Baltanı heç bir müdaxilə olmadan xəstəxanaya göndərdiklərini deyən tibb bacısı bu fikirlərə yer verib:
"Xanımın ağzında ciddi iltihab yaranmışdı. Çoxlu ağrıkəsici qəbul edirdi. Buna rəğmən yenidən bizdən dərmanlar tələb etdi. Lakin biz onu şoka girmə ehtimalına qarşı xəbərdalıq etdik . Daha əvvəlki, həkiminə zəng etdik və bizə heç bir tədbir görməməyimizi bildirdi. Xanıma cərrahi müdaxilə lazım idi. Normal bir diş həkimi müdaxilə etsəydi, problem yarana bilərdi. Biz heç bir tədbir görmədən onu xəstəxanaya göndərdik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1109 Tarix: 24 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabr