Xəbərdarlıq ləğv edilməlidir: Birinci atəş ilə cinayətkarlar ZƏRƏRSİZLƏŞDİRİLSİN - TƏKLİF

Xəbərdarlıq ləğv edilməlidir: Birinci atəş ilə cinayətkarlar ZƏRƏRSİZLƏŞDİRİLSİN - TƏKLİFXəbər verdiyimiz kimi, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Bəs silah insident zamanı polislərimizin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hansı addımlar atılmalıdır? Mövzunu Sonxeber.az-a şərh edən "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, bəzən polislərin cinayətkarlıqla mübarizə fəaliyyətində mürəkkəb situasiyalar yaranır. Polis əməkdaşlarının hər birinə odlu silahın daşınması ilə bağlı icazə verilir. Bu həm "Polisi haqqında" qanunda, həm də "Əməliyyat-axtarış fəaliyyəti" qanunda öz əksini tapıb:

"Burada yaranmış insident nəticəsində cinayətkar şəxs axtarışda olub. Bir neçə dəfə məndə olan məlumata görə, dələduzluq ilə əlaqədar məhkumluğu olub. Yenə də dələduzluq cinayətinə görə şəxs barəsində axtarış elan olunub. Təbii ki, polis verilmiş tapşırıq əsasında yerini müəyyən edib. Ünvan daxil olan zaman axtarışda olan şəxs evində olub. Cinayətkar öz ailə üzvlərini qabağa verib. Polis belə situasiyada silah tətbiq edə bilməzdi. Çünki orada azyaşlı uşaqlar və digər ailə üzvləri olduğuna görə yaranmış şəraitdən çıxış yolu evdə başqa üsul və vasitələr ilə zərərsizləşdirmək olub. Sözügedən qatil polisin ailə üzvləri ilə birlikdə söhbətindən sui-istifadə edərək atəş açıb. Yəni məqsəd birmənalı şəkildə onu zərərsizləşdirmək istəyən polis əməkdaşını aradan götürmək olub. Bu artıq qəsdən adamöldürmədir. Belə şəxslər həmin maddələr əsasında məhkum olunmalıdırlar. Burada elə bir vəziyyət yaranıb ki, zəruri müdafiə hallar istintaq zamanı araşdırılacaq. Belə hallarda qərar qəbul etmək çox çətin olur. Mən düşünürəm ki, bu çox ağır bir hadisədir".

Ekspertin sözlərinə görə, baş verə biləcək ağır hadisələrə görə ölüm hökmü bərpa edilməlidir:

"Bir çox ekspertlər deyir ki, ölüm hökmünün bərpası ilə belə hadisələrin qarşısını almaq olmaz. Amma bu tam olaraq belə deyil. Burada müəyyən mənada ağır cinayətin qarşısını almaq üçün ölüm hökmü bir "preparat"dır. Son zamanlarda dələduzluq cinayəti ilə bağlı dinamikada artım müşahidə edilir. Daha çox dələduzluq cinayətinin istintaqında dayanmalar, gecikmələr və yubanmalar artımın qarşısını almaq üçündür. Bəzi dələduzlara qarşı müəyyən mənada cinayət işi gec başlanılır. Bunu mülki məhkəmə vasitəsilə həll etməyin tərəfdarı olurlar. Bu da dələduzluq cinayətində günahı olan insanların məsuliyyətdən yaranmasına şərait yaradır. Dələduzluq narkotik vasitəsi kimi insanlarda asılılıq yaradır. Ola bilməz ki, bir dələduz bir nəfəri aldatsın. Deyə bilmərik ki, ikinci dəfə belə bir hadisə yaşanmayacaq. Dələduzlar neçə nəfər insanın etibarından sui-istifadə edərək aldadırlar".

Şəmsəddin Əliyev bildirib ki, "Polis haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti" haqqında qanunda dəyişiklik etmək lazımdır:

"Polis mütləq şəkildə axtarışda olan cinayətkara və şübhəli şəxsə "dayan" deməklə qarşısını almalıdır. Yəni Avropa ölkələrində və Amerikada olduğu kimi polisə tabe olmaq istəməyən və niyyətində başqa əməllər olan şəxslər polisin "dayan" əmrinə tabe olmazsa, birinci atəş havaya atılmalı deyil. Xəbərdarlıq atəşini ləğv etmək lazımdır. Atəş dərhal cinayətkarın müəyyən əzalarını zərərsizləşdirmək üçün atılmalıdır. Bu digərlərinə nümunə olmalıdır. Cinayətkarlıqla mübarizə aparan qurumun əməkdaşlarına silah daşımağa icazə verilir. Amma ondan istifadə qaydaları o qədər mürəkkəbdir ki, hər bir polis çalışır ki, daşıdığı silahdan istifadə etməsin. Çünki bunun istintaqı onların günahlandırılması ilə nəticələnə bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3130   Tarix: 24 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr