Türbə kimi şəhid məzarları, maketə edilən toylar, yoxsa vahid standart?

Türbə kimi şəhid məzarları, maketə edilən toylar, yoxsa vahid standart?Bizim xalqın oturuşmuş, özünə xas yas və toy adət-ənənələri var. Toy da, yas da sevincimizi, kədərimizi daşa-daşa, daha coşğun göstərmək üçün fürsətə çevirir bir növ. Ömrümüzü bu iki mərasim üçün yaşayırıq. Ev-eşik abadlaşdıranda "ölümlü dünyadır, gəlib-gedənlər baxıb nə deyər?" düşüncəsi ilə qurub yaradırıq, uşaq doğulandan toyuna hazırlığa başlayırıq. İmkanı olan da, olmayan da yasını, toyunu gücü yetəndən artıq təmtəraqla eləməyə can atır və edir.

Təəssüf ki, bu, əslində özünə hörmətdən çox, göstəriş xarakteri daşıyır.

Arzulamaq, arzuların dalınca qaçmaq insanın fitrətində var. Bəzilərinin arzuları, əməlləri isə inanılmaz olur.

Qarabağ hadisələri başlayandan leksikonumuzda unudulmuş bir söz yenidən özünə yer elədi. Şəhid sözünü tez-tez eşitdik. Şəhid kəlməsini müqəddəsləşdirdik, aliləşdirdik. Bu 30 ildə o ailə, o nəsil olmadı ki, işğalda olan torpaqların azadlığı uğrunda bir can qurban verməmiş olsun. Candan can qopanda əlbəttə insanı yandırar. Bir çoxları ürəyinin yanğınını, üzüntüsünü şəhid üçün təşkil etdiyi məclislərlə, məzarlarla göstərməyə çalışdı. Gah şəhidə toy elədilər, maketini hazırladıb bəy kimi məclis qurub qarşısında oynadılar, gah şəhidin şəklini tort üstünə vurub sonra o tortu yedilər, gah şəhidlərin məzarı üstündə türbələr yaratdılar. Bir-birinin bəhsinəymiş kimi kimlərsə daha böyük sərdabələr tikdirdi, "son mənzil" kəlməsini hərfi mənada anlayıb qəbir üstündə ev tikdilər, içinə mebel düzüb bəy otağı kimi bəzədilər.

Şəhid ailəsinin içindən keçən yanğını anlamaq çətin deyil. Bütün bunları vaxtsız itirdikləri əzizlərinə son borc kimi dərk edir, əllərindən gələnin ən yaxşısını xatirə kimi qurub yaradırlar. Və bütün bunları görmək insanın ürəyinə hüzn çiləyir. Lakin bir məsələ var ki, biz bunu unutmuşuq.

Şəhidlər yalnız ailələrinə deyil, dövlətə, xalqa məxsusdurlar. Necə ki, ictimai xadimlər vəfat edərkən onların dəfn və yas mərasimləri dövlət tərəfindən təşkil olunur, şəhidlərin də dəfn və yas mərasimləri üçün ümumi bir protokol qaydası olmalıdır. Nazirlər Kabineti "Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı" qaydalar hazırlayıb. Amma bu qaydalarda şəhidlərin dəfni və onların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı əlavələrə ehtiyac var. Kimliyindən asılı olmayaraq, hər kəs bu qanuna bir nəfər kimi tabe olmalı, şəhidlik statusuna uyğun, şəhidin xatirəsi ilə bağlı tədbirlər də müəyyən qaydalarla keçirilməlidir.

Bəli, vahid standart qoyulmalıdır! Hər şəhidə eyni qaydada hörmət qoyulmalı, ölümdən sonrakı anım tədbirləri eyni səviyyədə təşkil edilməlidir. Şəhidin dəfni, şəhidin xatirəsinin əbədiləşdirilməsi, şəhid məzarının standartları ilə bağlı qaydalar tərtib edilməlidir. Hərə öz şəhidinə öz ağlı kəsdiyi qaydada bir muzey, bir türbə, pir yaradarsa beş-on il sonra olacaqları təsəvvür etmək çətindir.

Bir qalib dövlət olaraq bizim buna ehtiyacımız var.

Torpaq can verilmədən qorunmur, "oğul düşmən çəpəridir" deyə bir söz də işlədib bu xalq. Belədirsə, vətən uğrunda ölənlər qəhrəman, onların xatirəsinin yad edilməsi də qəhrəmana layiq şəkildə və vahid qaydada olmalıdır.

Şəhid valideyni hər hansı bir addım atanda anlamalıdır ki, o yalnız öz övladı, əzizi üçün deyil, dövlət yolunda canından keçmiş bir qəhrəmanın adı üçün nəsə edir. Edilən əməl qəhrəmanın adına layiq olmalı, bu adı urvatdan salmamalı, ucuzlaşdırmamalıdır. Nəsillər dəyişəcək, illər keçəcək, lakin şəhid və şəhidlik adı zirvə olaraq qalacaq. Yoxsa bu iş yordu-yordu oyununa, yarışmaya çevrilsə, kənardan baxınca görülən mənzərə xoş olmayan mənada heyrətamiz olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 846   Tarix: 25 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr