Moskvada Azərbaycanla bağlı gizlədilən fakt: "Osmanlı heç vaxt razı olmaz ki..."

Moskvada Azərbaycanla bağlı gizlədilən fakt: "Osmanlı heç vaxt razı olmaz ki..."Rusiya Dövlət Hərbi Tarixi Arxivində (RQVİA) 1804-cü ilin birinci yarısında regionda yaranmış gərgin vəziyyəti əks etdirən sənədlər saxlanılır. Bunlar içərisində diqqət çəkənlər rus qoşunlarının İrəvana hərəkəti və onun blokadasına dair sənədlər, bir sıra döyüş planları, o cümlədən Eçmiədzin monastırında, "İrəvan qalasının planı", "İrəvan döyüşünün planı"dır.

Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.

Onun sözlərinə görə, rusların İrəvanı işğal etməsinə səbəblərdən biri Polkovnik S.Burnaşevin Çara 1787-ci il 8 iyul tarixli məktubu olub:

"Məktubda qeyd edilir ki, Osmanlı sultanı Azərbaycan xanlarını həmişə müdafiə edəcək, İrəvan şəhəri Azərbaycana məxsus olduğundan onun heç zaman Gürcüstanın tabeliyinə verilməsinə razı olmayacaq.

Pavel Sisyanov 1804-cü il yayının əvvəlində İrəvana qarşı kampaniyaya başladı. 3400 piyada, 1200 süvari və 12 top ilə İrəvana yaxınlaşan rus qoşunu Məhəmməd Xanın komandanlığı altında təxminən 6 min nəfərlik qarnizon tərəfindən müdafiə olunan İrəvan qalasının mühasirəsinə başladı. İrəvan xanlığının ordusu Sisyanova ağır zərbələr vururdular. Sentyabrın 2-si 1804-cü ildə onlar sağ qalan əsgərlər ilə birgə Tifilisə geri döndülər.

İrəvan planına görə, şəhərdə yaşayan ermənilər ruslarla kömək etməli idi. Mülkü müşavir Kovalenski çara göndərdiyi məlumatda ermənilər haqqında yazırdı:

"Xanın yanındakı erməni məmurlarından biri, İrəvan ermənilərinin başçısı Məlik Avram xanın və xalqın dərin hörmətini qazanmışdı. Şübhə yoxdur ki, mənim onunla yazışmamdan sonra məlum oldu ki, nəinki o, həmçinin bütün ermənilər Rusiyaya meyllidirlər".

Amma Məhəmməd xanın ağıllı siyasəti nəticəsində ermənilər xainlik edə bilmədilər. Avqustun 18-i 1804-cü ildə Rusiya İmperiyasının Xarici İşlər Nazirliyinin rəhbəri knyaz A.A. Çartoryski Osmanlı sultanına hədə qorxu sözləri ilə yazılan məktub göndərir. Məktubdan qısa bir hissədə yazılır: "Sizə deməliyəm ki, bizim planımız... Kür və Araz çaylarını sərhədimiz kimi qəbul etmək və qoşunlarımızı Bakı, Naxçıvan, Şuşa və İrəvan xanlıqlarına daxil etməkdir".

Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-Hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi. İrəvan ətrafında cərəyan edən hərbi əməliyyatlar, yəni çar Rusiyasının İrəvanı işğal etmək cəhdləri bu bölgənin gələcək fəlakətlərdən qurtula bilməyəcəyindən xəbər verirdi.

Məhz Qərbi Azərbaycan ərazisi əhalisinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərq, Gürcüstanı ilhaq etməsi, Loru-Pəmbəkdəki əhalinin xanlıq ərazisi və Qarsa sığınan, 2000 erməni ilə Loru-Pəmbəkə köçürülməsi ilə başlamışdır ki, bu 1805-ci ildə də davam etmişdir. Rusların İrəvanı tutmasında isə ermənilər daha çox maraqlı idilər. Bunu bir fakt sübut edir. Erməni vilayətinin rəisi il 21 may 1828-ci ildə Paskeviçə yazmışdı: "Erməni Hakan Harutyuna Abbas Mirzənin ordusunda topçu kimi xidmət edərkən döyüş zamanı top atəşi rus qoşununa deyil, İrəvan xanının qoşunlarına yönəltmişdi".

Zaur Əliyev qeyd edib ki, İrəvan qalası mühasirəyə alınanda Rus generalı Xana təslim olmağı təklif edəndə Çar generalı Benkendorfun İrəvan qalasını təslim etmək tələbini rədd edən İrəvan sərdarı Həsən xan Qacar işğalçılara sərt və birmənalı cavab verdi:

"Qalanı təslim etməkdənsə, onun dağıntıları altında ölməyim yaxşıdır"

Qalaya sığınmış irəvanlılar nəinki müdafiə olunurdu, eyni zamanda imkan düşdükcə hücuma keçirdilər və ağır zərbələr vururdular.

Sisianov öz gündəliyində etiraf edirdi ki, otuz nəfər irəvanlının qoruduğu daxmanı mühasirəyə alan podpolkovnik onları təslim olmağa çağırsa da, onlar ölməyi üstün tutdular.

Məhz bu İrəvan planını icra edilməsindən sonra Rusiyanın nəzarəti altında 1828-1830-cu illərdə İran və Türkiyədən Azərbaycana rəsmi olaraq 124 min erməni köçürüldü. Qeyri-rəsmi köçürülənləri də nəzərə alsaq onların 200 mindən çox olduğunu söyləyə bilərik. Bu köçürülmələr nəticəsində İrəvan və Naxçıvanla birgə Qarabağ əhalisinin də etnik tərkibi kəskin dəyişikliyə məruz qaldı.

Tarixçi Rusiyanın İrəvan planına aid olan bəzi sənədləri təqdim edib:

1) İrəvan döyüş planı. Rusiya Dövlət Hərbi Tarixi Arxivi. F. 846. Op. 16. D. 4258. 1-ci hissə. L. 130v.–131.

2) "İrəvan yaxınlığında yürüş edən dəstəni təşkil edən qərargah və baş zabitlərin, eləcə də aşağı rütbələrin sayı haqqında qısa hesabat." Rusiya Dövlət Hərbi Tarixi Arxivi F. 846. Op. 16. D. 4258. Hissə 1. L. 38. Surəti.

3) "1804-cü ilin iyulunda blokada zamanı İrəvan qalasının planı. Praporşik Kovalevski çəkdi". Rusiya Dövlət Hərbi Tarixi Arxivi. F. 846. Op. 16. D. 4281.

4) 17-ci Jaeger alayının rəisi polkovnik Karyaginin İrəvana hücumla bağlı raportu. Rusiya Dövlət Hərbi Tarixi Arxivi. F. 846. Op. 16. D. 4259. Hissə 1. L. 63.
Moskvada Azərbaycanla bağlı gizlədilən fakt: "Osmanlı heç vaxt razı olmaz ki..."Moskvada Azərbaycanla bağlı gizlədilən fakt: "Osmanlı heç vaxt razı olmaz ki..."Moskvada Azərbaycanla bağlı gizlədilən fakt: "Osmanlı heç vaxt razı olmaz ki..."Moskvada Azərbaycanla bağlı gizlədilən fakt: "Osmanlı heç vaxt razı olmaz ki..."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 976   Tarix: 25 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr