Buna valideynlik yox, vəhşilik DEYİRLƏR: Övladlığa götürdüyü uşaqları qıfıllayıb, zorla İŞLƏTDİLƏR
ABŞ-nin Qərbi Virciniya ştatında varlı bir cütlük övladlığa götürdükləri qaradərili uşaqlarını qul kimi işlətdiklərinə və tövlədə saxladıqlarına görə həbs ediliblər.
Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-nin Qərbi Virciniya ştatında cütlük üçü qaradərili olmaqla beş uşağı övladlığa götürüblər. Onlar 16, 14, 11, doqquz və altı yaşlı beş uşağı dəhşətli şəraitdə yaşamağa məhkum ediblər.
Cütlüyün evində baş verən hadisələr və qəribəliklər qonşuların diqqətini cəlb edib. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Polis reyd zamanı 16 yaşlı qız və 14 yaşlı oğlanın daxmada qıfıllı, işıqsız, yataqsız, ac, susuz və kilidli saxlandığını müəyyən edib. Cütlük otağa kamera yerləşdirərək uşaqları nəzarətdə saxlayıb.
Uşaqların sağlamlığında problemlər yaranıb. Artıq onların bədənlərində müxtəlif dərəcəli xəsarətlər və yaralar müşahidə olunub. Basqın zamanı evin içərisindən 9 yaşlı övladlığa götürülmüş uşaq da tapılıb. Uşaqlar ifadələrində işləməyə məcbur edildiklərini və qapalı saxlandıqlarını bildirib. Qonşular da ifadə veriblər ki, uşaqlar evə buraxılmayıb və onları əkinçiliklə məşğul olmağa vadar ediblər. Həbs edilən cütlük əvvəlcə 295 min dollar qarşılığında azadlığa buraxılıb.
Daha sonra pulun məbləğ 500 min dollara qədər artırılıb. Məbləğ artırıldıqdan sonra cütlük yenidən həbs edilib. İşə baxan prokuror ər-arvadın uşaqlar vasitəsilə pul qazandığını əsas gətirərək sözügedən məbləğin uşaqların adına keçirilməsini istəyib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1063 Tarix: 27 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür
Türkiyənin Kastamonu vilayətinin Bozkurt rayonunda 2021-ci ildə baş verən dağıdıcı selin izləri hələ də qalmaqdadır. Bayramqazı kəndində yerləşən üçmərtəbəli binanın demək olar ki, tamamı torpağın altında qalıb, yalnız damı üzə çıxıb. xarici mediaya istinadla xəbər verir ki, 11 avqust 2021-ci ildə Qərb
24 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrAvtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO
Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya
21 sentyabrAzərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabr"Daş abidə" parkının yerini kim alıb? - Anar Quliyev icazə verib?
Ərazi hasarlanıb, "Daş abidə" parkı yerlə yeksan olunub. . Bizimesr.media xəbər verir ki, söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Fərhad Babayev küçəsində tikilən böyük obyektdən gedir. Həmin ünvanda əvvəllər "Daş abidə"nin yerləşdiyi kiçik park olub. Uzun illər baxımsız vəziyyətd
26 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrBakıda partlayış: Yeni ailə həyatı quran gənclər xəsarət aldılar
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib. xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məhrəngiz Seymur qızı Məmmədova xəsarət alıblar. İlkin məlumata görə, partlayış evi
22 sentyabr