Yaşam koçları və falçılar: Əmlakları müsadirə olunsun və HƏBS EDİLSİNLƏR - TƏKLİF

Yaşam koçları və falçılar: Əmlakları müsadirə olunsun və HƏBS EDİLSİNLƏR - TƏKLİFRusiyada okkultizm qadağan ediləcək. Okkultizmin içinə aldığı məlumatlardan magiya (cadu və cadugərlik), astrologiya (nücum elmi), numerologiya (rəqəmlərin sirri), simvolizm (simvolların sirri), teologiya (ruhi varlıqlar) kimi bilgilər xüsusi yer tutur.

Bu gün Azərbaycanda okkultizm açıq bisnes kimi fəaliyyət göstərir. Falçılar, dələduzlar "yaşam koçu" adı altında vətəndaşları müxtəlif vədlər altında aldadır və pullarını mənimsəyirlər. Artıq bu biznes öz fəaliyyətini sosial şəbəkədə davam etdirir. Hazırda bəzi dələduzlar falçılıq adı ilə vətəndaşları aldadaraq pul müqabilində şantaj edirlər. Belə olan halda Azərbaycanda sözügedən qanun layihəsi tətbiq edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, Rusiyada tətbiq edilən qanun layihəsi təqdirəlayiq bir təşəbbüsdür və qüvvəyə minəcəyi halda çox yaxşı bir qərardır:

"Bu qadağanın tətbiq edilməsinə ehtiyac var və sovet dövründə də bu kimi işlərlə məşğul olmaq qadağan idi. Əfsuslar olsun ki, bir çox şəxslər son dövrlərdə yaranmış boşluqdan istifadə edirlər. Bir çox ölkələrdə və bizdə bu sahə çiçəklənir. Falçılıq və digər adıçəkilən işlər dələduz və fırıldaqçılıqdır. Belə bir elm sahələri yaxud araşdırma sahələri ola bilər. Bu sahələr hər hansı bir küçə adamlarının, tamamilə savadsız və quldur insanların kütləni talayaraq sərvətini əlindən almaq vasitəsinə çevrilə bilməz. Belə insanlara azar şərait yaradılmamalıdır. Şərt şəkildə cəzalandırılmalı və qadağalar tətbiq olunmalıdır. Son zamanlar saxta adlardan biri olan "yaşam koç"u yaranıb. Qoç məlum olduğu kimi, qoyun deməkdir. Açıq şəkildə bu yaşayış qoyunu mənasını verir. Yəni yaşayan qoyun insanlara nələrsə vəd edir. Onlara xoşbəxtlik, var-dövlət, sərvət və təcili pul qazanmaq, başqalarının evini yıxmaq yaxud müxtəlif vədlər altında üsullardan istifadə edirlər. Bir dövlətin və cəmiyyətin gözü qabağında belə biabırçılıqlara yol verilməsi qəbuledilməzdir".

Sosioloqun sözlərinə görə, sağlam bir cəmiyyət və dövlətdə belə hallara şərait yaradıla bilməz. Təcrübə onu göstərir ki, hər hansı bir maariflənmə yaxud izah etmə ilə bunun qarşısını almaq mümkün deyil:

"Çünki savadsız cəmiyyətlərdə bu sahələr çiçəklənir. Yalnız sərt inzibati metodlar, qadağalar və cəzalar şəklində bu proses aradan qaldırılmalıdır. Son vaxtlar Rusiyada bu kimi istiqamətlərdə çox müsbət qərarlar qəbul edilir. Bu da çox müsbət təsir göstərir. Biz də isə sözügedən sahədə tam nəzarətsizlik var. Yaxşı olar ki, deputatlarımız boş-boş mövzulardan danışmaqdansa, belə bir problemi qabartsınlar. Qanun layihələri hazırlanmalı yaxud müvafiq dəyişikliklər edilməlidir. Ciddi şəkildə bu məsələnin üzərinə gedilməlidir. Bu şəxslər adekvat cəzalandırılmır. Ağır cəzalar tətbiq edilməlidir. Çünki bütün bu neqativ hallar bizim cəmiyyətimizi hər cəhətdən məhv edir. Burada yalnız dövlətin mövqeyi və rolu oynaya bilər. Başqa heç nəyə ümid yoxdur. Biz gözləyə bilmərik ki, cəmiyyətimiz nə vaxtsa tam savadlı olacaq. Bunu gözləmək olmaz. Ümid yalnız dövlətədir və biabırçılıqların qarşısı alınmalıdır".

Elçin Bayramlı bildirib ki, artıq uzun illərdir problemlər və faktlar ortaya qoyulur. Daxili İşlər Nazirliyi dəfələrlə belə cinayətkarları ifşa edir. Amma cəzalar adekvat deyil:

"Belə insanların bütün əmlakları müsadirə olunmaqla həbs olunmalıdır. Vətəndaşlara dəyən zərər geri ödənilməlidir. Paralel olaraq insanlara mövcud məsələlər izah olunmalıdır. Adıçəkilən məsələlər tədqiqat araşdırması ola bilər və bununla mütəxəssislər məşğul olmalıdır. Özü də bu cür fəaliyyət göstərməməlidir. Elmi tədqiqat formasında işlər aparıla bilər. Dünyanın bir çox universitetlərində bununla bağlı ixtisaslar var. Sahə üzrə araşdırmalar gedir və elmi şəkildə yanaşılır. Bu mövzulara dövlət səviyyəsində yanaşılır, biznes və dələduzluq kimi baxılmır. Ona görə də bizim ölkəmizdə məsələyə ciddi yanaşılmalıdır. Xüsusi qanun qəbul olunmalıdır. Başqa heç bir halda problem aradan qalxmayacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1245   Tarix: 27 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr