Kriminallığın təbliği, artan dəhşətli QƏTİLLƏR: Silahlar necə əlçatan OLUB? - ARAŞDIRMA

Kriminallığın təbliği, artan dəhşətli QƏTİLLƏR: Silahlar necə əlçatan OLUB? - ARAŞDIRMAMətbuatda tez-tez qətl hadisələri eşidirik. Əlbəttə ki, bir insanın cinayət törətməsi müxyəlif səbəblər ilə əlaqəlidir. Əsasən dəlilik, qısqanclık, namus məsələsi, narkotik, küçə döyüşləri, təhqirlər kimi səbəblər şəxsləri qətlə aparan aparıcı amillərdir. Əlbəttə ki, sosial şəbəkələrində burada rolu var. Son zamanlar sosial media platformalarında kriminallıq təbliğ olunur və gənclər buna xüsusi maraq göstərirlər. "TikTok" platforması hazırda birbaşa olaraq kriminal xəbərlərin tirajlanma məkanıdır. Bu ünsürlərin reklamı və təsirinin əsas dairəsi oradadır.

Bu baxımdan Azərbaycanda baş verən silahlı insidentlərin bir qismini oxucularımıza təqdim edirik:

1. İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayevin odlu silahla qətlə yetirilib. Əldə ediləm məlumata görə, hadisə qız üstündə baş verib. Belə ki, hər iki gənc bir qızı sevirmiş.Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən" deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.

2. Bu ilin ən dəhşətli cinayətlərindən biri Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədov ilə bağlıdır. Bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

3. Bu yaxınlarda Şüvəlan qəsəbəsində silahlı insident zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs həlak oldu. Cinayətkar 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev hadisə zamanı ailə üzvlərini - həyat yoldaşını, uşaqları irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşları o anda silah tətbiq etməyiblər ki, günahsız insanlar, uşaqlar qurban olmasınlar, özlərini fəda ediblər. Sonra polis əməkdaşları cinayətkarı zərərsizləşdirməklə məhv ediblər.

4. Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb. Hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

5. Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü Rəşid Rüstəm oğlu İmanov yaşadığı kirayə mənzildə bıçaqlanaraq qətlə yetirilib. Məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Rəhim İsmayıl oğlu Əsədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

6. Yanvarın 10-da saat 20 radələrində Pirallahı rayonu ərazisində bir nəfərin odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Araşdırmalarla əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü İlham Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Həşimov saxlanılıb.

Bəs şəxslər arasında odlu silahlar necə əlçatan olub? Bunun qarşısının alınması ilə bağlı hansı addımlar atılmalıdır? Mövzunu Sonxeber.az-a şərh edən "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, son zamanlar belə hadisələrin baş verməsi təəssüf hissi yaradır:
Kriminallığın təbliği, artan dəhşətli QƏTİLLƏR: Silahlar necə əlçatan OLUB? - ARAŞDIRMA" DİN tərəfindən vətəndaşlarda saxlanılan qanunsuz odlu silahların təhvil verilməsi ilə bağlı çağırışlar edildi. Bu çağırışlar əsasında məsuliyyətin olmaması ilə bağlı xəbərdarlıq verildi. Müəyyən mənada bu tədbirlərin səmərəliliyi oldu. Amma təəssüf hissi ilə qarşılamaq istəyirəm ki, yenə də insanlar odlu silah tətbiq etməklə ağır cinayətlər törədirlər. Bu silahların qanuni yaxud qanunsuz olmağı ilə bağlı bir söz deyə bilmərik. İstintaq bunu özü araşdıracaq. Faktiki olaraq odlu silahların əldə olunması ilə bağlı normativ hüquqi baza var. Vətəndaş odlu silah əldə etmək istəyərkən icra hakimiyyəti orqanının razılığı lazımdır. DİN tərəfindən həmin vətəndaşın sağlamlıq vəziyyəti, hərəkətləri, silahdan istifadə etmək qabiliyyəti və bacarığı, ruhi xəstəliyinin olub-olmaması araşdırılır. Bütün bu kriteriyalar öyrənilməlidir. Odlu silah yalnız ov mövsümü ərəfəsində istifadə oluna bilər".

Ekspertin sözlərinə görə, silahlar hamı üçün əlçatmaz yerlərdə saxlanılmalıdır və bu qanunun tələbidir:

"Mən təəssüf edirəm ki, son zamanlar ağır cinayətlərin baş verməsinə görə cəzanın sərtləşdirilməsi ilə bağlı hər hansı fikir səsləndirilmir. Mən ölüm hökmünün bərpa edilməsinin tərəfdarıyam. Ölüm hökmü ilə cəmiyyətin artan hərarətini, cilovlanmayan davranışlarını tənzimləyə bilərik. Ölüm hökmü bir növ kliniki preparatdır. Cəmiyyətin yaşamaq hüququnun təmin edilməsi üçün vacib amildir. Biz ideal cəmiyyət qura, vətəndaşların təfəkkürkərində nümunəvi davranış yarada bilmirik. Həyata keçirilən tədbirlər öz səmərəsini vermir. Bu sahədə müəyyən layihələr həyata keçirilməlidir. Cəmiyyətdəki institutlar bununla bağlı addımlar atmalıdır. Təkcə psixoloqlara ehtiyac yoxdur. Kriminoloq və sosioloqlar prosesə cəlb olunmalıdır. Ona görə də cəmiyyətin normal vəziyyətə qayıtmağı üçün həmin ekspertlərin rəyinə ehtiyac var".

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, insanı mühit formalaşdırır. Kiminsə cinayətə meyl göstərməsi onun böyüdüyü mühit bağlıdır:
Kriminallığın təbliği, artan dəhşətli QƏTİLLƏR: Silahlar necə əlçatan OLUB? - ARAŞDIRMA"Cinayət törətmək psixoloji halın nizamsızlığıdır. Hadisələrə adekvat cavab verə bilməyən insanlar nifrət ifadə edirlər. Cinayət nifrətin ən yüksək halıdır.Psixoloji maarifləndirmə fəaliyyətləri genişləndirilməlidir. Cinayi düşüncələr yaradacaq hadisələrə peşəkar şərhlər verilməlidir. Heç bir hadisənin çıxış yolu cinayət ola bilməz. Travmalarla böyüyən insan başqalarının da həyatına müdaxilə etmiş olacaqlar. Davamlı şiddətlə böyümüş birisi başqalarına da şiddət göstərir. Şiddətin çərçivəsi olmur. Yaşamaq, həm də başqalarını yaşatmaqdır. Hüquqi və psixoloji istiqamətlərdə maarifləndirmə fəaliyyətləri davam etdirilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1246   Tarix: 27 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr