Qərb Ermənistanı yanıltdı: Paşinyan seçim qarşısında - Növbəti dəfə Putinin...
Geosiyasi proseslər, xüsusən də ABŞ və Fransanın hakim rejimlərinin mümkün dəyişməsi, bununla yanaşı, Ukraynada mümkün fiasko və Rusiyanın mövqelərinin bərpası bir vaxtlar rusofob olan Nikol Paşinyanı növbəti dəfə Vladimir Putinin qucağına sıxışdırıb.
Publika.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.
Nəşr qeyd edir ki, hazırda Paşinyan üçün Rusiyaya üz tutmağın zamanı yetişib:
"Ola bilsin, Paşinyan hesablayıb ki, Rusiya Ukrayna cəbhəsində qalib gələndən sonra bölgəyə "qayıdacaq" və buradakı problemləri həll edəcək. Onu himayə edən fövqəldövlətlərin liderləri hakimiyyətlə vidalaşdıqları üçün Qərbdən Rusiyaya üz tutmağın doğru zamanıdır. Dünən Paşinyan Aİ-yə üzvlük məsələsinin referenduma çıxarılmayacağını bəyan etməklə çoxlarına barmağını göstərməsi də bu səbəbdən idi. Və həmin gün o, vəzifəsinə bir neçə ay qalmış Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı Ukrayna silahlı qüvvələri tərəfindən raket hücumu nəticəsində yaşayış binalarından birinin dağıdıldığı Rusiyanın Belqorod şəhərinə göndərməyə tələsdi. Baxmayaraq ki, hadisə mayın 12-də baş verib. Mənbələrimiz qorxur ki, yaxın gələcəkdə erməni xalqı müxtəlif çaplı erməni məmurlarının yeni "rus çəkmələrini yalamaları" epizodlarının şahidi olacaq", - nəşr yazıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?