"Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır..."

"Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır...""Çünki Azərbaycanda özünü "millət vəkili" adlandıran deputatların çoxunun seçildikləri bölgələrdə doğulmayıblar, yaşamayıblar, oranın sakinlərinin xarakterinə, adət-ənənələrinə-filana qətiyyən bələd deyillər. Odur ki, xalqla iqtidar arasında körpü rolunu oynamaq funksiyalarını həyata keçirə bilmirlər..."

"Xalqı maraqlandıran əsas məsələlərdən biri də yeni seçiləcək deputatların demokratiyanın əsas prinsiplərindən biri olan təmsilçilik prinsipi əsasında seçiləcəyi gözləntisidir. Yəni bakılının deputatı bakılı, gəncəlinin deputatı gəncəli, şamaxılının deputatı şamaxılı, qarabağlının deputatı qarabağlı və s. olmalıdır. Bu prinsipə əməl olunmasını Qərb ölkələri də tələb edir. Çünki Azərbaycanda özünü "millət vəkili" adlandıran deputatların çoxunun seçildikləri bölgə ilə demək olar ki, heç bir əlaqələri yoxdur. Yəni həmin bölgələrdə doğulmayıblar, yaşamayıblar, oranın sakinlərinin xarakterinə, adət-ənənələrinə-filana qətiyyən bələd deyillər. Odur ki, xalqla iqtidar arasında körpü rolunu oynamaq funksiyalarını həyata keçirə bilmirlər. Bir sözlə, təmsil etdikləri regionlardan uzaqdırlar və onların problemlərindən xəbərsizdirlər".

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli Növbəti növbədənkənar parlament seçkilərindən gözləntiləri şərh edərkən dilə gətirib.

"Təmsilçilik və regionallıq prinsipləri isə demokratiyanın əsas göstəricilərindən biridir. Bizə elə gəlir ki, növbəti parlament seçkilərində bu önəmli yer alacaq. Digər tərəfdən, bu prinsipin həyata keçirilməsi Azərbaycanı Qərbin demokratik ölkələrinə yaxınlaşdıracaq, seçkilərin nə qədər obyektiv keçirildiyinə dəlalət verə bilər. Aydındır ki, buna etməklə Azərbaycan rəhbərliyi Qərbin dövlətimizə qarşı irəli sürdükləri tələblərin üstündən xətt çəkəcək.

Növbəti seçkilərdə gerçəkdən əqidəli, vətənpərvər, yüksək səviyyəli insanların deputat seçiləcəyi məsələsi də vacibdir. Çünki bu insanlar ölkənin qarşısına çıxan problemlərin həllində daha yaxından iştirak edə və ölkənin inkişafına mane olan məmur özbaşınalıqlarına qarşı mübarizə apara bilərlər. İndiki Milli Məclis deputatlarının çoxunun ictimai həyatda passivliyi də göz qabağındadır", - deyə analitik davamında vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1061   Tarix: 03 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr