Masazırda qanunsuz tikintilərə Nurlan Həsənov himayədarlıq edir? - Foto

Masazırda qanunsuz tikintilərə Nurlan Həsənov himayədarlıq edir? - FotoAbşeron rayonunun Masazır qəsəbəsi son beş ildə ən çox qanunsuz yaşayış evləri və obeyktləri tikilən ərazilərdən biridir.

Keçmiş icra başçısı İradə Gülməmmədovanın vaxtında qəsəbədə tikinti bumu demək olar ki, özünün ən pik nöqtəsinə çatmışdı. Dövlət qurumlarının qanunsuz tikintiyə nəzarəti gücləndirməsindən sonra, qəsəbədə tikinti sahəsində azalma müşahidə olunmağa başladı. Ancaq buna baxmayaraq, yenə də Masazır qəsəbəsinin müxtəlif ərazilərində qanunsuz tikinti işləri davam etdirilir.

Bildirək ki, hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi daha çox "göl" adlanan ərazidə aparılır. Ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi olmadan qanunsuz həyət evlərinin inşası bir neçə makler tərəfindən həyata keçirilir. Mətbuatın apardığı araşdırmada məlum olub ki, hazırda "göl" adlı ərazidə ümumilikdə 200-dən çox həyət evi qanunsuz olaraq tikilərək kredit şəklində satılıb. 100-ə yaxın evin tikintisi isə davam etdirilir.

Adı çəkilən ərazidə torpaq başqa şəxsə məxsus olsada, Xəyal Məmmədli və Elçin adlı şəxslər tərəfindən qanunsuz tikinti işləri rahat şəkildə aparılır.

Məsələ ilə bağlı AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Masazır qəsəbəsi "göl"adlanan ərazidə qanunsuz tikinti işləri Abşeron icra hakimiyyətinin "icazəsi" ilə həyata keçirilir. Bu icazəni isə Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsində işləyən, ancaq qeyri rəsmi işi rayonda qanunsuz tikinti işlərinə nəzarət və "icazə" almaq məsələlərinə olan Nurlan Həsənov tərəfindən verilib.

Qeyd edək ki, həmin ərazilərdə tikilən evlərin heç birinə dövlət tərəfindən mülki çıxarış (kupça) verilməyəcəyi bildirilir. Ancaq maklerlər vətəndaşların inamını və etibarını qazanmaq üçün Abşeron Su idarəsi və "Azərişıq" ASC Abşeron idarəsi ilə hansısa yollarla əlaqə "anlaşaraq", sənədsiz tikdikləri evlərə işıq və su sayğacları quraşdırıblar.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3426   Tarix: 04 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr