Əhməd Əhmədovun adı sirr kimi saxlanılan hüquqi varisi odur – ADI BU YAZIDA

Əhməd Əhmədovun adı sirr kimi saxlanılan hüquqi varisi odur – ADI BU YAZIDAXətai rayonunda ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə prosesinə Əhməd Əhmədovun yaxın qohumları da qatılıblar.

Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub. Hakim sözü prokuror Ziya Mansurova verib. Prokuror deyib ki, Baş Prokurorluq məhkəməyə Əhməd Əhmədovla bağlı qərar göndərilib. Həmin qərarla Baş Prokurorluq Əhməd Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılmasını istəyib.

Prokuror Ziya Mansurovun səsləndirdiyi qərardan məlum olur ki, dəhşətli qətl hadisəsi bu ilin fevralın 13-də baş verib. Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilib. Qərardan məlum olub ki, Əhməd Əhmədovun uşaqlıqdan psixoloji durumu normal olmayıb. Onun şizofreniyadan əziyyət çəkdiyi sübuta yetirilib. Əhməd orta məktəbdə 9-cu sinfə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Yaxınlarının köməyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb. Qərara görə, Əhməd Əhmədov ailə üzvlərini öldürməsinin səbəbini ailədə onu heç kimin saymaması, ona diqqət göstərməməsi ilə izah edilib. Ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayıb. İstintaq sənədlərinə görə, o, tək yaşadığı üçün ailə üzvləri ilə münasibətləri normal olmayıb.

Amma hadisə günü atası Mehman Əhmədov onu öz evinə gətirib. Əhməd atası səhər yeməyi hazırlayan vaxt qəfil onu öldürmək fikrinə düşüb. Atası evdə tək olanda onu öldürüb. Sonra onun avtomobilinin açarını götürərək evdən çıxıb və maşına minib birbaşa bacısı Elmiranın evinə gedib. Elmira qapını açan kimi Əhməd əlindəki bıçaqla onu da öldürüb. Əhməd azyaşlı bacısı qızını öldürmək istəyərkən əlindəki bıçaq qırılıb. Buna baxmayaraq evin mətbəxindən başqa bıçaq götürərək uşağı da öldürüb. O, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb. Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib. Marketdən çıxdıqdan sonra anası Pikə və qardaşı Məhəmmədin evə gəldiyini görüb. Yaxınlıqdakı mağazadan 20 manata balta alan Əhməd ana və qardaşını həmin balta ilə öldürüb. İstintaq materiallarına görə, balta ilə əvvəl anasını, sonra da qardaşını öldürüb. Qətldən sonra baltanı evin şkafında gizlədib.

Qeyd olunub ki, dəhşətli qətllərin törədildiyi ərazidə polis əməkdaşları xidmətdə olub. Onlar Əhmədin özünü şübhəli aparmasını sezib onu saxlayıblar, bununla da dəhşətli qətllərin üstü açılıb. İstintaq araşdırmaları zamanı Əhməd Əhmədovun əvvəllər cinayət törətməsi ilə bağlı heç bir məlumat əldə olunmayıb. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib. İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb. Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub. Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxənası" publik hüquqi şəxsinə yerləşdirilib. Bundan sonra Əhməd Əhmədova söz verilib. O, ittihamı qəbul etdiyini açıqlayıb, dəhşətli cinayətləri törətdiyini etiraf edib. Bununla belə o, ifadə verməkdən imtina etdiyini bildirib. Bundan sonra proses iyulun 23-nə qədər təxirə salınıb. Növbəti prosesdə sənədlər tədqiq olunacaq.

Prosesdən sonra Əhməd Əhmədovun vəkili Sənan Hüseynov jurnalistlərin suallarını cavablandırıb. O, müvəkkilinin hüquqi varisinin kimliyi ilə bağlı suala belə cavab verib: "Ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun hüquqi varisi təyin olunub. Amma bu, hələlik sirr kimi saxlanılır, prosesin sonunda açıqlanacaq". Vəkil bildirib ki, növbəti məhkəmə prosesində zərərçəkmişin ifadəsi açıqlanacaq və hüquqi varislərinin dindirilməsi olacaq: "Hüquqi varisin kim olacağı hələ sirr kimi qalır. Məhkəmənin sonunda bu barədə məlumat verəcəm. Əhməd Əhmədov proses çərçivəsində özünü təqsirli bildi. İctimaiyyətdə ailənin mülk məsələsi ilə bağlı fikir formalaşıb. Artıq dərəcədə xahiş edirik ki, mülk söhbətləri yazılmasın, ailə üzvlərinin özü də bu məsələdən dolayı çox əziyyət çəkir".

Əhməd Əhmədovun dayısı Baxış Bədəlov isə onun xəstə olduğunu bildirib: "Uşaq xəstə olub, bilmədən bu işləri görüb. Bir dayı kimi zərərçəkmiş də, vuran da, ölən də mənimdir".

Yada salaq ki, iş üzrə məhkəməyə hazırlıq iclası iyunun 25-də hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutub. Hakim iclasda bildirib ki, Əhməd Əhmədov anlaqsız hesab olunduğuna görə icra hakimiyyətinin əməkdaşı onun qanuni nümayəndəsi kimi məhkəmədə iştirak edir. Hakim Əhməd Əhmədovun hüquqi varisi kimi Elçin Əhmədovun adını da çəkmişdi. Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova bununla əlaqədar məhkəməyə etiraz edib. O bildirib ki, özü hüquqi varis qismində tanınması üçün müraciət etsə də, ona cavab verilməyib. O, prosesdə adının şahid kimi deyil, hüquqi varis kimi tanınmasını istəyib. Hakim məsələnin iş məhkəmə baxışına veriləndən sonra araşdırılacağını desə də, buna etiraz edib. Nəticədə qalmaqal yaranıb və şahid məhkəmə zalından çıxarılıb. Bundan sonra proses davam etdirilmişdi.

Sonra hakim Əhməd Əhmədovdan cinayət işinin məhkəmə baxışına göndərilməsinə etiraz edib-etmədiyini soruşub. Əhməd Əhmədov isə cavabında: "Vallah, nə bilim, bilmirəm ki", - deyə cavab verib. İclasda qətlə yetirilən azyaşlı Ülviyyə Niftəliyevanın atası Sərxan Niftəliyevin iştirak etməməsi diqqət çəkmişdi.

Məlum olmuşdu ki, Sərxan Niftəliyev hazırda Rusiya Federasiyasında narkoloji dispanserdə müalicə alır. İddiaya görə, Əhməd Əhmədovun bacısı Elmira 2019-cu ildə Sərxan Niftəliyevlə ailə həyatı qurub. Onlar daha sonra Rusiya Federasiyasının Xabarovsk şəhərinə köçüblər. Onların 2021-ci ildə Ülviyyə adlı qızları dünyaya gəlib. 2022-ci ildə Elmira ilə Sərxan arasında münasibətlər pozulub. Elmira azyaşlı qızı ilə həmin il Bakı şəhərinə qayıdıb. Lakin onlar rəsmi qaydada boşanmayıblar.

Elmira ilə Sərxanın münasibətlərinin pozulmasına səbəb isə onun narkotik vasitələrdən istifadə etməsi olub.

Qeyd edək ki, Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsinə yerləşdirilib. İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. /Musavat.com/


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2796   Tarix: 05 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr