Bakı peşə liseyindən şikayət: "Məni saxta əmrlə işdən çıxarmaq istəyirlər"

Bakı peşə liseyindən şikayət: "Məni saxta əmrlə işdən çıxarmaq istəyirlər"16 saylı Bakı peşə liseyinin istehsalat təlimi ustası Zahidə Muxtarova müəssisədə qarşılaşdığı qanunsuzluqla bağlı Yenicag.az-a şikayət ünvanlayıb.

Şikayətdə qeyd olunur ki, sözügedən müəssisənin kadrlar şöbəsi üzrə inspektoru Təranə Şıxəliyeva 28 iyun tarixində Zahidə Muxtarovaya Peşə Təhsili Agentliyinin məktubu əsasında işinə xitam verildiyi ilə bağlı məlumat verib. Lakin müqavilənin qüvvədən düşmə müddəti 15.09.2024-dür. 01.07.2024-də isə müqaviləyə xitam verildiyi bildirilir.

Şikayətçi məktubda belə bir şey olmadığını, yeni vakant yerlərinin açılması ilə bağlı olduğunu diqqətə çatdırıb. Əlavə olaraq, xitam əmrinin saxta, üzərində agentliyin möhürü olmadığını bildirib.

Zahidə Muxtarova sözügedən agentliyə zəng vuraraq, şikayətinə baxılması üçün İnsan Resurları şöbəsindən Özal bəy ilə görüş günü təyin edib. Eyni zamanda, məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ünvanlayıb.

Sonrakı günlərdə işinə davam etmək üçün liseyə gedən Zahidə Muxtarova istehsalat təlimi ustalarının baş ustası Sürəyya Məmmədova tərəfindən otağa çağırılaraq, müqaviləsinə xitam verildiyi və işə gəlməməsi ilə bağlı təzyiqlə qarşılaşıb. Müəllim özünü "my.gov.az"da işçi statusunda gördüyünü və xitam əmri göstərilməyənə qədər işə davam edəcəyini deyib.

Zahidə Muxtarova bildirib ki, daha sonra təlim tərbiyə işləri üzrə direktor müavini Azər Əmirov, direktor Günay Mayılova, Sürəyya Məmmədova otağa çağırıb.

"Əmri mənə göstərdilər. Tədris ilinin sonuna qədər müqavilənin bitdiyi qeyd olunurdu. Maraqlı sual yaranır, tədris ili bitibsə, digər müəllimlər bu vaxta qədər fəaliyyətini davam etdirir, ancaq bizə görə tədris müddəti bitmiş sayılır? Məktuba təkrar baxmaq istədikdə müxtəlif bəhanələr gətirdilər. Agentliyə müraciət etməli olduğumu dedilər. Daha sonra Azər Əmirov dedi ki, "nə durmusan, get də, başqa vaxt icazə istəyirsən, bu da sənin üçün ömürlük icazə, get, otur evində". Mən isə bir daha işə gəlib-gedəcəyimi bildirdim. Səhəri gün işə gəldikdə qapıda məni 6 nəfər mühafizə qarşıladı. İçəri buraxmadıqlarına görə iradımı bildirdim, qarşılığında isə polisin çağırılacağı ilə hədələndim. Azər də çöldə idi. Anama "dünən bir Quranlıq söz danışdıq qızının çıxartdığı hoqqaya bax" dedi. Əlavə olaraq, Əmək Məcəlləsinə görə müəssisənin Həmkarlar İttifaqı sədrinin rəyi olmadan işçi azad edilə bilməz. Sədr Səadət Misirova da yanımızda olmasına baxmayaraq, guya xəbəri yox imiş kimi davrandı", deyə şikayətçi qeyd edib.

Əlavə olaraq şikayətçi Peşə Təhsili üzrə Dövlət Agentliyində görüşə getdiyini, lakin laqeyd münasibətlə qarşılaşdığını qeyd edib:

"İnsan Resurları şöbəsindən Özal yüksək tonla danışaraq, məsələnin direktorla müəllim arasında həll olunmalı olduğunu. Həmçinin "istəyirsiniz gedin məhkəməyə verin, ancaq hansı əsasla?", dedi. Məsələnin mediada işıqlandırılacağını bildirdim. Sonra yumşaq münasibət bəslədiyinin şahidi oldum. Həqiqətən də haqlı olduğumu sübut etdim. Nəticədə direktora səhvinin düzəldilməsi üçün göstəriş veriləcəyini söylədi".

Zahidə Muxtarova məsələ ilə bağlı zərərçəkən digər bir neçə nəfərin olduğunu diqqətə çatdırıb:

"Məsələ sübuta yetirildikdən sonra qanunsuz yolla işdən azad edilən müəllimlər geri çağırıldı və işlərinin başında olduqları il bağlı ərizə yazdırıldı. Mən isə yazmadım və müəssisənin səhvidirsə özü düzəltsin dedim".

Peşə Təhsil üzrə Dövlət Agentliyindən Yenicag.az-a həmin liseydəki vəziyyətdən xəbərdar olduqlarını bildiriblər.

"Vətəndaşla görüş keçirilib və məsələ vətəndaşın xeyrinə həll edilib. Müəssisə rəhbərliyinə isə sözügedən vəziyyətlə bağlı xəbərdarlıq edilib", deyə qeyd olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1199   Tarix: 05 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr