Metroda kondisioner istəyənlərin NƏZƏRİNƏ: Yeni qatarlar bu tarixdən İSTİFADƏYƏ VERİLƏCƏK
Bildiyimiz kimi, bir neçə müddətdir ölkə ərazisində qeyri-sabit hava şəraiti müşayiət olunur. Sərin havalardan sonra paytaxt Bakı şəhərində mövcud istilər evdə, iş yerlərində, ictimai nəqliyyatda soyutma sistemini aktuallaşdırır. İsti havalarda insanlar sərinliyi daha çox yerin altında-yəni metroda axtarır. Lakin sərnişin sıxlığı və bir sıra qatarların köhnə olması bu məsələni bir qədər qəlizləşdirir. "Bakı Metropoliteni"ndə mövcud qatarlar arasında yeni nəsil, soyutma sistemi olan qatarlar fəaliyyət göstərir. Lakin buna baxmyaraq, metroda hələ də köhnə standartlara uyğun qatarları görmək mövcuddur.
Köhnə nəsil qatarlarda soyutma sistemi yoxdur və sıxlıq olduğu üçün nəfəsliklər açıq qoyulur. Əlbəttə ki, bu tək nəfəslik ilə həll olan bir problem deyil. Metolarda sərnişin sıxlığından vətəndaşlar arasında istidən huşunu itirmə və infarkt keçirənlər olub. Bütün bunları nəzərə aldıqda, metrolarda köhnə qatarlar nə vaxt yeniləri ilə əvəz olunacaq?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hal-hazırda "Bakı Metropoliteni"nin vaqon parkı 3 kateqoriya üzrə 61 qatardan ibarətdir. Metropolitenin 61 qatarından 23-ü isə yeni nəsil qatarlardır:
" Bağlanmış müqaviləyə əsasən yaxın 3 il ərzində Bakı metropoliteninə 65 yeni vaqon gətiriləcək. Bu vaqonlardan 35-i, yəni 7 qatar tərkibi bu il sonuna qədər "Bakı Metropoliteni"ndə olacaq. Beləliklə mövcud 23 qatarın sayı 30-a çatdırılacaq. Sərnişinlər əsas hərəkət xətti yaşıl və qırmızı rəngli xətlərdir. Yeni nəsil qatarlar məhz bu istiqamət üzrə hərəkət edir. Gün ərzində orta hesabla 40-43 qatar xətdə olur. 23 qatarın yeni olduğunu nəzərə alsaq, demək olar ki, xətdə olan qatarların yarısı yeni nəsil qatarlar hesab olunur. İstisna yalnız ondan ibarətdir ki, "Bakı Metropoliteni"n normativ tələblərinə uyğun olaraq, qatarlar mütləq qaydada 12-20 saat xətdə olduqdan sonra mütləq qaydada Nərimanov elektrik deposuna baxış, qulluq və texniki xidmət üçün təmirə göndərilməlidir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2616 Tarix: 05 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabr