Gömrük Komitəsində nə baş verir? - ETİRAZ

Gömrük Komitəsində nə baş verir? - ETİRAZ"Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov gömrük orqanları ilə ictimaiyyət arasında uçurum yaradaraq, özünün yarıtmaz fəaliyyəti ilə bağlı olan narazılıqları Komitə sədri cənab Şahin Bağırova qarşı yönləndirir".

Bu barədə sensasion fikirləri Demokrat.az-a açıqlamasında Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev bildirib.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova yazılı müraciət edən Ramil Əliyev deyib ki, Natiq Axundov dəfələrlə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyətinə süni maneələr yaradıb:

Ramil Əliyevin müraciətini təqdim edirik:

"İctimai Şura olaraq ilk fəaliyyətimizi 44 günlük Vətən savaşının yeganə gömrükçü şəhidi olan Ülvi Hacıyevin məzarını və ailəsini ziyarət etməklə başlamağa qərar verdik. Həmin ziyarət və görüşlə bağlı fikirlərimizi media vasitəsilə də cəmiyyətə çatdırdıq. Ancaq Natiq Axundov nədənsə son vaxtlar İctimai Şuranın fəallığından ciddi narahat olmağa başlayıb.

O, bizə dəfələrlə açıq şəkildə bildirir ki, bu cür görüşlərlə siz özünüzü reklam edirsiniz. Ona görə də Dövlət Gömrük Komitəsi İctimai Şuranın bundan sonra keçirəcəyi görüşləri özünün sosial şəbəkə hesablarında yayımlamayacaq.

Hətta, Natiq Axundov çəkinmədən mənə deyir ki, İctimai Şura mayın 10-da ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməklə özünü reklam edib. Natiq Axundov bizim bu cür ziyarətlərimizi də qəbul etmədiyini bildirir.

Natiq Axundov öz davranışları ilə İctimai Şura üzvlərini idarə etməyə və özünün tərtib etdiyi iş planı üzrə işləməyə təhrik edir.

Fürsətdən istifadə edib, media vasitəsilə cənab Şahin Bağırova müraciət edirəm:

Mən Ramil Əliyev 44 günlük Vətən savaşından bəri şəhid və qazilərimizdən bəhs edən 150-dək sənədli film çəkərək, "Öndər.TV" internet televiziyasında yayımlamışam. Bu filmlərin böyük əksəriyyətini şəxsi vəsaitim hesabına, 30-nu isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən rəhbəri olduğum "İnkişafa və İslahatlara Dəstək" ictimai birliyinə ayrılan maliyyə dəstəyi hesabına "Şəhid və qazilərin həyat yolunu işıqlandırararq, gənc nəslin maarifləndirilməsi" layihəsi çərçivəsində reallaşdırmışam.

Müasir Azərbaycanın qurucusu və banisi olan ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı, "Qarabağın fatehi" Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevə sonsuz sevgimizi, şəhid və qazilərimizə olan diqqət və ehtiramımızı Natiq Axundov kimilər dayandıra bilməz. Çünki bu sevgi bizim əbədi ruhumuzdadır.

Hörmətli Şahin müəllim, sizin Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyəti üçün göstərdiyiniz səyləri və Şura üzvlərinin sərbəst çalışması üçün ofislə təmin etdiyiniz şəraitindən məmnunuq. Ancaq bizim bu fəaliyyətimizin mediada da işıqlandırılmasına Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin marağı və dəstəyi olmalıdır. İndiyədək şəxsən sizdən bir çox dəstəyi hiss etsək də, ancaq çox təəssüf ki, Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov İctimai Şuranın fəaliyyətinə ciddi şəkildə əngəl törədir.

Ümid edirik ki, sizin təcili müdaxilənizdən sonra nəhayət ki, Dövlət Gömrük Komitəsi yanında İctimai Şura sərbəst fəaliyyətinə davam edə biləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3237   Tarix: 09 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr