Qəbul imtahanlarında 700 ballıq sistem LƏĞV OLUNACAQ?

Qəbul imtahanlarında 700 ballıq sistem LƏĞV OLUNACAQ?Bildiyimiz kimi, 2019-cu ildən etibarən qəbul imtahanlarında nəticələr buraxılış və blok imtahanlarından toplanılan ballar ilə birlikdə hesablanır. II və III ixtisas qrupları üzrə imtahan verən abituriyentlərdən heç kim maksimum - 700 bal toplaya bilməyib. Biirinci qrupda isə Şəki şəhər 18 saylı orta məktəbin məzunu Zərifə Elmaz qızı İlyasova hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. da IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunu Əhmədova Nəzrin Ramil qızı göstərib.

Ənənəvi metodlar ilə müqayisədə artıq Azərbaycanda 700 bal toplayan şagirdlərin sayı azalıb. Bəs qəbul imtahanları prosesində 700 ballıq şkala ləğv oluna bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, yaxın gələcəkdə Azərbaycanda universitetlərə qəbul sistemində 700 ballıq şkala mexanizmində hər hansı bir dəyişikliyin olması gözlənilmir.
Qəbul imtahanlarında 700 ballıq sistem LƏĞV OLUNACAQ?"Burada 700 ballıq şkalanın ləğvindən söhbət gedə bilməz. Təbii ki, bu dövlətə məxsus olan mexanizmlərdir. İstənilən qərarlar verilə bilər. Amma bir analitik təhlil aparanda görürük ki, çağdaş təhsil sistemimizdə qəbul prosedurunun alternativi hələ ki, görünmür. Buna rəvac verən, dəstəkləyən bir neçə versiyalar var. Bu il ötən illərə nisbətən buraxılış imtahanlarında xeyli şagird maksimum 300 balı toplaya bildi. Bunun səbəbi o demək deyil ki, 1-2 ilə bizim təhsilimiz həddindən artıq gücləndi. Ötən il bir nəfər belə müsbət bal toplamasa da, barmaq hesabı qədər maksimum balı yığsa da, bu il onların sayı 54-ə çatdı. Məsələ isə başqadır. Məsələ ondan ibarətdir ki, abituriyentlər ikili yanaşma üzrə qalmışdılar. Hazırlığı necə keçəcəyini bilmirdilər. Onlardan biri Elm və Təhsil Nazirliyinin məktəblər üçün nəzərdə tutduğu vahid tədris proqramı idi. O birisi isə DİM-in hazırladığı, qəbul imtahanı prosesi üçün ərsəyə gətirdiyi proqram idi. Suallar əsasən buna uyğunlaşdırılırdı. Həmişə deyirdilər ki, qəbul imtahan proqramları tədris proqramına əsaslanıb. Buna şübhəmiz yoxdur. Sadəcə orada müəyyən bir fərqli formatlardan, sual tiplərindən və nümunələrindən başqa məqamlar istifadə olunurdu. 11 illik tədris planı buna cavab vermirdi".

Ekspertin sözlərinə görə, məhz repetitorluq institutu burada qalib gəldi. Onlar 11 illik tədris bazasında deyil, DİM-in hazırladığı qəbul imtahan proqramını əsas götürdükləri üçün şagirdlər nəticə verməyə başladılar:

"Məşhur bir söz var : "Repetitorluq olmasa biabır olacaqdıq". Repetitorluğun tədrisin göstəricisinə və məktəblər üçün nəzərdə tutulan vahid tədris proqramına aidiyyəti yoxdur. Onlar birbaşa olaraq DİM-in qəbul imtahanı proqramları əsasında öz işlərini görürlər. Amma bu il nəticələr ona görə yaxşılaşdı ki, hər iki proqram arasında bir "Çin səddi" aradan qalxdı. Yəqin ki , Elm və Təhsil Nazirliyi və DİM razılığa gəldilər və müəyyən bir yumşaltma siyasətinə keçdilər. Artıq 11 illik tədris proqramını mənimsəyən şəxslər bu yumşalmanın sayəsində daha çox bal yığdılar. Nəticədə isə 54 nəfər 300 bal toplaya bildi. Bu isə buraxılış imtahanlarına şamil olundu. Mən o zaman bununla bağlı çıxışlar edəndə haqlı olaraq bildirdim ki, tələsməyək. Qarşıda blok imtahanlar var və bu yumşalmalar həmin imtahanlarda olacaqmı? Belə olan təqdirdə bizim 700 bal toplayan abituriyentlərimiz rekord səviyyəsində olacaqdır. Yaxud əksinə bir hal baş verə bilərdi. Onda biz yenə də əvvəlki illərdəki kimi 1-2 nəfər 700 bal toplayan abituriyentləri gözləyə bilərik. Belə də oldu. Blok imtahanında nəticələrin o qədər yüksək olmadığını biz bu səbəbə bağlaya bilərik. Bu o deməkdir ki, 700 ballıq şkalanın nə iləsə əvəz olunmasına, ona uyğun alternativ və təkliflərə o qədər də tələsmirik. Nəticə belə görünür. Çünki biz hələ ona inanırıq ki, 700 ballıq şkalada, buraxılış və blok imtahanları sistemində müəyyən yumşaltmaya gedilsin. Biz hələ bunu gözləyirik. Real olaraq gözləmirik ki, qəbul imtahan sisteminin bu mexanizmində hər hansı bir köklü dəyişikliklər olsun. Düşünürəm ki, yaxın gələcəkdə hər hansı bir dəyişikliyin olacağı gözlənilmir".

Elmin Nuri vurğulayib ki, 700 ballıq şkalanın ləğvinə təbii ki, ehtiyac var. Nəinki 700 ballıq şkalanın ləğvinə, ümumiyyətlə qəbul imtahanı prosesinin bu istiqamətdəki tətbiqinə gərək yoxdur:

"Amma burada maraqlı bir sual meydana çıxır. "Gərək yoxdur" demək asandır. Tam "işə yaramır" demək haqsızlıq olardı. Bu məqamda bir alternativ irəli sürülməlidir. Biz hansı alternativləri irəli sürməliyik? Bəzi təhsil ekspertləri və mütəxəssisləri bir müddət belə bir məsələni diqqətə çatdırdılar. Dedilər ki, Azərbaycanda test sistemi ləğv olunsun. Bunu demək asandır. Biz bu gün test sisteminə alternativ olan başqa qəbul mexanizminə və təhsil sisteminə hazırıq? Bu suallar isə cavabsız qalıb. Deyək ki, test sistemini ləğv etdik. Universitetə qəbul prosesi necə həyata keçiriləcək yaxud hansı nümunələr var? Bütün bunlar geniş tədqiqatların mövzusudur".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3677   Tarix: 09 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr