Burun əməliyyatına girən qadının gözündə çəplik yarandı - Foto

Burun əməliyyatına girən qadının gözündə çəplik yarandı - Foto"Anam burnundakı polipə görə girdiyi əməliyyatdan gözündən zədə alaraq çıxıb. Həkim isə bizə "gözləyin, düzələcək", - deyir. Təkrar əməliyyata girməlidir. Həkim yaxın durmur".

Bu şikayətlə "Qafqazinfo"ya paytaxt sakini Ramilə Məmmədova müraciət edib.

Vətəndaş iddia edir ki, anası, Sumqayıt şəhər sakini Nuridə Zülfüqarovanın gözündəki problem həmin əməliyyatdan sonra yaranıb: "Anam astma xəstəsi olduğu üçün burnundakı polip onu çox narahat edirdi, nəfəs almasını çətinləşdirirdi. Buna görə də, mayın 29-da anam Sumqayıt şəhərində yerləşən "Liman" klinikasında burun əməliyyatına girdi. Əməliyyatı Əfqan Ağagülov etdi. Əməliyyat bitəndən sonra biz anamın gözündə çəplik yarandığını gördük. Bununla bağlı həkimə bildirdikdə bizə dedi ki, "1 ay gözləyin, düzələcək". 1 ayın tamamında qəbuluna getdik. Bu dəfə bizə dedi ki, "4-5 ay gözləyin". Sual verdik ki, bəs, 4-5 ay sonra düzəlməsə? Dedi ki, "onda gedərsiniz, əməliyyat etdirərsiniz". Pulumuz olmadığını, gözdəki problemi o yaratdığı üçün, əməliyyatın da xərcini onun çəkməli olduğunu dedikdə isə bizə "Sizə borcum var?!" sözünü dedi.

Anamın əməliyyatı sığorta ilə olub. Buna görə də həkim deyir ki, "mənə heç bir pul verilməyib".

Burun əməliyyatına girən qadının gözündə çəplik yarandı - FotoQızının sözlərinə görə, 54 yaşlı Nuridə Zülfüqarova II qrup əlildir. 35 ildən çox bağça müəllimi kimi fəaliyyət göstərib. Hazırda isə səhhətində yaranan problemdən dolayı işləyə bilmir: "Anam gözünə görə yeriyə də bilmir. Bu səbəbdən atam da işə gedə bilmir və ona qulluq edir. Biz başqa həkimlərin qəbulunda olduq. Hazırda anamın gözünü iki əməliyyat gözləyir. İlk olaraq gözünün alt hissəsindəki sümük 4 mm qırıldığı üçün təkrar əməliyyat edilməli, 6 ay sonra isə gözündə yaranan çəplik aradan qaldırılması üçün yeni bir əməliyyata girməlidir. Hər keçən gün bizim üçün olduqca önəmlidir. Çünki həkimlər bildirdi ki, əgər vaxtında əməliyyat olunmasa, görmə qabiliyyətini itirəcək. Axırıncı dəfə Əfqan Ağagülova ötən həftənin 5-ci günü zəng etdik. Ona bildirdik ki, əməliyyatın birinə 3000 manat pul lazımdır. Pulu bizə yox, elə əməliyyatı edəcək həkimə verin. Lakin o verməyəcəyini bildirdi. Çarəsiz qalmışıq. Burnundakı problemi həll etdirmək istəyərkən daha böyük problemlə qarşı-qarşıyayıq. Başımız o qədər gözə qarışıb ki, artıq burun yaddan çıxıb".

Şikayətçinin sözlərinə görə, onlar həkimlə danışıq apararaq məsələni həll etmək istəyiblər. Bunun üçün dəfələrlə onun qəbulunda olub, telefonla da danışıblar. Lakin həkim onlarla kobud rəftar edib. Buna görə də vətəndaş məsələ ilə bağlı Sumqayıt Şəhər Prokurorluğuna müraciət edib.

Fotoda: Əfqan Ağagülov
Burun əməliyyatına girən qadının gözündə çəplik yarandı - FotoMəsələ ilə bağlı ittiham edilən tərəf - otorinolarinqoloq Əfqan Ağagülovla əlaqə saxladıq. Həkim bildirdi ki, şikayətçi şəxslər əməliyyatın müalicəsini gözləməyiblər: "Mənə deməyiblər ki, xəstəni müalicə et. Pul tələb edirlər. Mən özüm də bu gün hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Hərə öz əməlinə görə cavab verəcək. Mən sonuncu dəfə xəstəni müayinə edəndə gördüm ki, verilmiş təyinata əməl etməyib. Nuridə xanımın əməliyyatdan əvvəl və sonrakı müayinə nəticələri var. Həmin nəticələrdən irəliləyişin olduğu bəlli olur. Onlar xəstəni həkimdən qaçırdılar. Başqa professorların yanına apardılar. Mən onlara demişdim xəstəni gətirin. Lakin onlar gətirmədilər, müalicədən yayındılar. Müalicə davamlı getsə, irəliləyiş də olacaqdı. Onun burnu sağalmalıdır ki, daha sonra gözünü də müalicə edək. Əməliyyatların qiyməti də İcbari Tibbi Sığortanın xidmətlər zərfində var. İTS qanunla nizamlanan dövlət orqanıdır və onların dediyi cərrahi əməliyyat 250 manat qiymətləndirilir, 3000 manat yox. Məni döyməklə hədələdilər, təhqir etdilər. Bütün bunlara görə qanun qarşısında cavab verməli olacaqlar. Qanunvericiliklə hər şey həll olunur. Klinikanın təhlükəsizlik kameraları var. Əməliyyat olunan xanımın qızları öz telefonları ilə gizli şəkildə çəkiliş aparıblar. Xəstənin müalicəsini gözləmədən pul tələbinə başlayıblar".

Burun əməliyyatına girən qadının gözündə çəplik yarandı - FotoBurun əməliyyatına girən qadının gözündə çəplik yarandı - Foto


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2119   Tarix: 09 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr