Ermənilər oğurladıqları mahnılarımıza görə təzminat VERMƏLİDİR: Sülh müqaviləsində isə mədəni problemlər YER ALSIN - TƏKLİF
Xəbər verdiyimiz kimi, Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı musiqi əsəri erməni ifaçı Gor Yepremyan tərəfindən "Sirun jan" adı altında mənimsənilərək ifa edilib və "Youtube"da yayılıb. Ermənilərin bizim mahnılarımızı oğurlaması halları ilk deyil. Amma hələ də onlar bizim mədəni sərvətlərimizi talan etməkdən əl çəkə bilmirlər.
Bəs mənimsənilən mahnılarımız ilə bağlı hansı addımlar atılmalıdır? Məsələ ilə bağlı Sonxeber.az-a danışan Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Sərdar Fərəcov bildirib ki, bununla əlaqədar Azərbaycanda hazırda Müəllim Hüquqları Agentliyi adlı yeni bir cəmiyyət yaradılıb:
"Orada bəstəkar Gövhər Həsənzadə rəhbərlik edir. Bəstəkar Gövhər Həsənzadə bununla əlaqədar aktiv fəaliyyət göstərir. Ermənilərin oğurladığı mahnımız çox məşhurdur. Artıq onun yaşı sərhədləri keçir. Bunu oğurlayaraq oxuyan erməni yeni ifaçıdır. Bu mahnı 70-ci illərdə dəfələrlə Qarabağ ermənilər tərəfindən oğurlanıb. O cümlədən Ermənistanda yaşayan ermənilərdə bu mahnını özlərinin olaraq təqdim edib. Çünki Azərbaycan musiqisi çox gözəldir və melodiyası zəngindir. Ermənilərdə belə şey yoxdur. Buna görə də ermənilər ancaq oğurlamağa məhkumdur. Onlar zamanında Üzeyir Hacıbəyov, Fikrət Əmirov və Seyid Rüstəmovun bəstələrini oğurlayıblar. Ona görə saymaqla bitirmək olmaz. Ermənilərdə nəsil dəyişdikcə oğurluq işi daha səmərəli inkişaf edir. Onlar həmişə Azərbaycanın maddi sərvətləri ilə qidalanıblar. Mənəvi sərvətlərimizi isə oğurlamaqda davam edirlər. Ona görə də biz buna öyrəşmişik".
Bəstəkarın sözlərinə görə, mahnılarımızın oğurlanmasına görə həbs cəzası olmasa da, təzminat ala bilərik. Amma iki ölkə arasında bununla əlaqədar müqavilələr bağlanmalıdır:
"Müqavilə bağlananda onlar hansısa bəstəkarın musiqisini ifa etmək istəyəndə Azərbaycanın Müəlliflər Hüququ İdarəsinə məlumat verməlidirlər. Mahnı əgər konsertdə ifa edilibsə, müəyyən faiz köçürülməlidir. Ortada normal münasibət olmalıdır. Erməni sözü ilə normal münasibət anlayışı düzgün gəlmir. Ona görə qarşıda böyük sülh müqaviləsi gözləyirik. Sülh müqaviləsində mədəniyyət sahəsində bəzi maddələr öz əksini tapmalıdır. Mütləq nəzərə alınmalıdır ki, 100 ildən çoxdur ermənilər Azərbaycan musiqisini talan edir. Qəribəsi odur ki, biz erməni oxumuruq və heç lazım da deyil. Onlar mahnılarımızı təkcə öz dillərində deyil, həm də Azərbaycan dilində ifa edirlər. Belə olan təqdirdə qanunda bu məsələ öz əksini tapmalıdır. Hələ ki, yoxdur. Ona görə də bizə ancaq belə narazı etmək və gileylənmək qalır. Amma qanun şəklində qüvvəyə minəndə və ermənilər təzminat ödəyəndə ağılları başlarına gələcək".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1497 Tarix: 09 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrBu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy
27 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabr