Azərbaycan və Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində işi davam etdirməyə razılaşıblar

Azərbaycan və Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində işi davam etdirməyə razılaşıblarNATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində iyulun 10-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Hər iki tərəf görüşə ev sahibliyinə görə Dövlət katibinə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan və Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində işi davam etdirməyə razılaşıblarAzərbaycan və Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində işi davam etdirməyə razılaşıblarAzərbaycan və Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində işi davam etdirməyə razılaşıblarAzərbaycan və Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində işi davam etdirməyə razılaşıblar20:36

"Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnunam".

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə deyib. O bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər.

"ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq", - deyə A.Blinken qeyd edib.

18:53

Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, görüş Vaşinqtonda keçirilən NATO Sammiti çərçivəsində baş tutur.

09:00

İyulun 10-da Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

O, baş tutacaq görüşün digər təfərrüatı barədə məlumat verməyib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 982   Tarix: 10 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr