Uşağa Aşura gününü savadlı şəkildə təbliğ ETMƏK LAZIMDIR!

Uşağa Aşura gününü savadlı şəkildə təbliğ ETMƏK LAZIMDIR!Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib. Müraciətdə deyilir ki, bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edilir ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən, təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar.

Məhərrəmlik ayı və Aşura mərasimi hər il olduğu kimi, bu ildə bir sıra məqamları gündəmə gətirib. Valideynlər qızlarını qara çarşaba bükərək məclislərə aparır. Azyaşlı oğlanlar isə sinəvurma mərasimlərində iştirak və özlərinə zərər yetirirlər. Demək olar ki, uşaqların belə mərasimlərə cəlb edilməsi çox az rast gəlinir. Artıq Azərbaycanda savadlı və dünyagörüşü yüksək olan şəxslərin sayı çoxalıb. Məhərrəmlik mərasimlərini əxlaqi, dini çərçivəni qoruyaraq keçirmək, ona uyğun matəm saxlamaq lazımdır.

Say azalsa da, bu tam olaraq aradan qalxıb deyə bilmərik. Azyaşlıların belə mərasimlərə cəlb olunması onların psixologiyasında hansı izlər buraxır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Fərqanə Mehmanqızının sözlərinə görə, əfsuslar olsun hələ də belə mərasımlərə uşaqların cəlb olunması halları baş verir:

"Belə dini mərasimlərin uşaqların psixilogiyasında buraxdığı izlər azyaşlının və ailənin psixoloji durumuna görə dəyişir. Həmin dini mərasimləri uşaqlara travmatik hadisə kimi aşılayanda onun beynində faciə kimi qalır. Bu onun gələcək həyatında hansısa bir hadisəyə baxışına öz təsirini göstərəcək. Uşağa Məhərrəmliyi, Aşuranı savadlı şəkildə, tarixi hadisə kimi aşıladıqda bu zaman vəziyyət dəyişir. Uşağa bunları bütün inanclı insanların tarixi hadisəyə bağlanmaları kimi məntiqli şəkildə izah etmək lazımdır. Belə olan təqdirdə azyaşlılar travma almır. İnsanların inanclarını cahilcə yox, savadlı şəkildə davam etdirməsi cəmiyyətə və uşaqlara daha çox xeyri olur".

Psixoloq zəncir vurmaq, qan çıxarmaq, insanların özlərinə zərər yetirməsi halların nəinki uşaqlarda, böyüklərin psixologiyasına mənfi təsir göstərdiyini vurğulayıb:

"Mən insanların öz inanclarına sadiq qalmağın tərəfdarıyam. Çünki inanclar insanı psixoloji baxımından güclü edir. Amma düzgün, savadlı və cəmiyyətə zərər vurmayacaq inanc olmalıdır. Cahil inanc insanları uçuruma aparır. Ümid edirəm ki, məktəblərimizdə və verilən elm uşaqlara aşılanan cahil inanclardan daha güclü olacaq. Uşaqların bu cür baxışlarının yaranmasının qarşısını alacaqdır. Burada güc məktəbə və elmə düşür. Uşaq vaxtında ayılmalıdır. Ailə belə bir şey varsa, həmin ailədə olan uşaq 5-6 yaşından məktəbə gedir. Məktəbdə uşağa təhsil elə verilməlidir ki, o buna cahil kimi baxacaq. Biz buna nail olsaq uşaqlarımızı cahillikdən xilas etmiş olacağıq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1663   Tarix: 11 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr