Övladına dərman almağa pulu çatmayan kişi keçmiş arvadını DÖYDÜ
Bakının Sabunçu rayonunda 1993-cü il təvəllüdlü Fərid Məmmədov münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Samirə Rəhimovaya (ad-soyad şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin martın 31-də Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.
Fərid Şəhər şosesində yerləşən nömrəsiz fərdi evlərinin yataq otağında keçmiş həyat yoldaşı Samirə ilə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən şillə ilə onun üz nahiyəsindən bir neçə dəfə vurub.
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O qeyd edib ki, Samirə ilə 2019-cu ildə ailə həyatı qursalar da, 2023-cü ildə boşanıblar:
"Bu nikahdan olan iki övladım məhkəmə qətnaməsi ilə mənim himayəmə verildi və hazırda mənimlə yaşayırlar.
Boşanmağımıza baxmayaraq öz aramızda razılaşaraq təxminən bir aydan çoxdur ki, Samirə ilə birlikdə yaşamağa davam etmişik".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən saat 21 radələrində yaşadığımız evdə olarkən Samirə ilə aralarında övladına dərman almaq üçün pulunun olmaması səbəbindən mübahisə yaranıb:
"Samirə üzərimə gələrək mübahisəni böyütdü. Bundan əsəbiləşərək Samirəni yataq otağında olarkən çarpayıya yıxdım. Qəsdən üz nahiyəsindən ardıcıl şillə zərbələri vurdum. Samirə qaçmaq istəyərkən onun qolundan və sinəsindən tutaraq ona xəsarət yetirdim".
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Fərid 1 000 manat cərimə olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1324 Tarix: 11 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabr