İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA: "40-50 yaşında da sünnət etdirmək olar"

İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA: "40-50 yaşında da sünnət etdirmək olar"Oğlan uşaqlarını sünnət elətdirmək dini öhdəlik kimi qəbul olunub. Azərbaycan cəmiyyətində də oğlan uşaqları böyüyüb öz dinini seçməmiş valideynləri onları sünnət etdirirlər. Hətta bunun üçün məclis qurub, "kiçik toy" edənlər, kirvə seçib, ömürlük qohum olanlar da var.

Tibbi tərəfinə gəldikdə isə sünnət cərrahi prosedurdur. Cərrahi müdaxilə olduğu üçün fəsad və riskləri qaçılmazdır. Əslində, ölkəmizdə geniş yayıldığı üçün risk azdır, amma zaman-zaman fəsadlar da ortaya çıxa bilər. Sünnəti bəzən cərrahların, həkimlərin yox, sıradan tibb işçilərinin və ya tibb təhsili almayan şəxslərin də yerinə yetirdiyinin şahidi olmuşuq.

Ötən gün özəl klinikaların birində 4 aylıq körpə sünnət olunduqdan sonra vəfat edib. Klinikadan mətbuata verilən açıqlamaya görə, uşağın timus vəzisində böyümə olub. İlkin ehtimala görə, körpədə tənəffüs problemi yaranıb və ölüm də bunun nəticəsində baş verib.

Ümumiyyətlə, sünnət neçə yaşda və hansı şəraitdə olunmalıdır?

Məsələyə münasibət bildirən tibb sahəsi üzrə ekspert, professor Adil Qeybulla Bizim.media-ya bildirib ki, sünnəti zəruri əməliyyata çevirmək yanlışdır:

"Sünnət dini ibadətdir. Ümumiyyətlə, fimoz (pülüyün (sünnət dərisi) dar olması) və digər bir ağırlaşmalar olduqda aparılan cərrahi əməliyyatdır. Amma bu, çox nadir hallarda olur. Dünya əhalisinin böyük əksəriyyəti, xristianlar və buddistlər bu əməliyyatı etmirlər, onlar öz həyatlarını normal da yaşayırlar. Mən düşünürəm ki, bu əməliyyatı müsəlmanların zəruri əməliyyatına çevirmək yanlışdır. Kim sünnət olunmaq istəsə, buna özü qərar verməlidir. Bir də həkim tərəfindən göstəriş olduqda icra olunmalıdır".

"Sünnət müsəlmanlığın vizual əlaməti sayılır"

Həkim qeyd edib ki, bunun hansı yaşda edilməsinə dair konkret məlumat yoxdur:

"Bu, bir adət olaraq var və insanları bundan çəkindirmək elə də asan deyil. Çox təəssüflər ki, sünnət müsəlmançılığın vizual əlaməti sayılır. Sünnət prosedurası bu gün yəhudilərdə və müsəlmanlarda dini nöqteyi-nəzərdən aparıldığına görə, bunun konkret olunma vaxtı qeyd edilməyib. Sünnət bir tibbi prosedur kimi nəzərdən keçirilməlidir. Çünki zaman-zaman müxtəlif fəsadlar ortaya çıxıb. Uşaqlarda laxtalanma sistemi formalaşmadıqdan qanaxmaların olması, damarların zədələnməsi və s. baş verə bilər. Bu, uşaqların özləri üçün də müəyyən bir travma yaradır. Hər halda dini ibadət olduğuna görə insanların öz öhdəsindədir. Mən bir həkim kimi bunun kütləvi edilməsinin tərəfdarı deyiləm. Ona görə ki, dünya əhalisinin böyük əksəriyyəti bu əməliyyatı icra etmir, buna heç ehtiyac duymur və bununla da çox məmnun yaşayırlar. Bununla bağlı yaş limiti hələlik yoxdur".

Bəs din nə deyir, sünnət vacibdirmi?

İslam dinində sünnət vacib əməl hesab edilmir

Mövzu ilə bağlı danışan ilahiyyatçı Tural İrfan deyib ki, Quranda sünnət deyə bir vacib hökm yoxdur:

"Sünnət sözü tərcümədə "peyğəmbərin adəti" mənasını verir. Bu, adından da göründüyü kimi sünnət olan, yəni adət olunan bir şeydir. Adətlər də vacib sayılmır. Amma bu, İslam aləmində ənənəvi xarakter alıb deyə sanki çox önəmli, daha vacib bir şey kimi tətbiq edirlər. Əsasən də azyaşlı uşaqlara qarşı olunur. Əslində, onun bir yaş müddəti yoxdur, sadəcə, müəyyən gigiyenik məsələlərə görə, olunması yaxşıdır. Amma onu körpə yaşında, xüsusən həkimlə məsləhətləşməmiş, adət xətrinə tez-tələsik sünnət elətdirib uşağı təhlükəli vəziyyətə salmaq düzgün deyil. Əksinə, Quranda buyurulub ki, özünüzü təhlükəyə atmayın. Yaxşı olar ki, uşaq püxtələşib, tam sağlam, ona dözümlü vaxtına çatanda icra olunsun".

40-50 yaşında da sünnət elətdirmək olarmış...

O hesab edir ki, sünnəti icra edən həkim həm də dini qaydanı bilməlidir:

"Həkimlər onu düzgün yerinə yetirmirlər. Sonradan uşaqlarda bəzi fəsadlar baş verir, yəni müxtəlif müasir üsullardan istifadə edirlər, qan çıxmadan və s. bu kimi formalarda edirlər. Ona görə də hər həkimə bunu elətdirmək düzgün deyil. Gərək onu edən həkim dini qaydanı da bilsin. Çünki onun hansı formada, necə olmasının üsulu şəriətdə var. Amma həkimlər bunu bilmədikləri üçün pul almaq xətrinə edirlər. Ola bilər ki, həmin uşağın başqa orqanında nəsə problem varmış, heç onunla əlaqəli deyil. Amma dində onun konkret yaş müddəti yoxdur, 40-50 yaşında da sünnət elətdirmək mümkündür. Bu, insanın öz istəyinə bağlıdır. Həmçinin çox kiçik yaşda elətdirmək vacib deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1303   Tarix: 11 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr