Restoranlar onlayn yemək sifarişi zamanı xidməthaqqı tələb edirlər
Azərbaycanda bəzi restoranlarda onlayn yemək sifarişi zamanı xidməthaqqı tələb edilir.
Xezerxeber.az-ın məlumatına görə, həmin restoranlar tərəfindən seçilən yeməyin qiymətindən əlavə üzərinə 20% xidməthaqqı qoyulur.
Bununla yanaşı, əvvəllər 5-10% civarında olan xidməthaqqı da durmadan artır. İndi bəzi restoranlarda müştəridən sifarişdən əlavə 20, hətta 25% xidməthaqqı tələb edilir.
Ekspert Xalid Kərimli bildirib ki, restoran, iaşə xidmətləri, turizm obyektləri öz məhsul və xidmətlərinin qiymətlərini təyin etməkdə sərbəstdirlər. Bu sektorda qiymətlər tənzimlənmir. Bununla belə, mütləq qaydada yazılı və ya şifahi şəkildə xidməthaqqının olması barədə müştərinin məlumatlandırılması əsas şərtdir.
Ekspert xidməthaqqının günü-gündən artırılmasını isə bir neçə səbəblə izah edib:
"Bəzi sahibkarlar burada satdıqları yeməklərin qiymətini ucuz göstərirlər. Onlar həmin məbləği xidməthaqqı ilə kompensasiya edirlər. Vətəndaşlar bu kimi xidmət obyektlərinə öz etirazlarını müxtəlif cür edə bilərlər. Qanunvericiliyə əsasən, müştəriyə əvvəlcədən məlumat verilməyibsə, vətəndaş xidməthaqqını ödəməyə bilər. Restoranlarda tələb edilən xidməthaqqı çox zaman ofisiantlara deyil, sahibkarlara qalır".
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 776 Tarix: 12 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabr