Həmidə Ömərova kimdir? – Atasından doymayan, anasına analıq edən kinomuzun gözəli

Həmidə Ömərova kimdir? – Atasından doymayan, anasına analıq edən kinomuzun gözəliLent.az "Bioqrafiya" rubrikasında Azərbaycan kino və teatr aktrisası, Xalq artisti, Prezidenti təqaüdçüsü, dosent Həmidə Ömərovanın ömür yolundan bəhs edir.

- Həmidə Ömərova nə zaman və harada anadan olub?

Həmidə Ömərova 25 aprel 1957-ci ildə Qazax rayonunda müəllim ailəsində anadan olub. Onun atası fransız, anası isə alman dili müəllimi olub.

- Həmidə Ömərova nə üçün atasız böyüyüb?

Anası ilə atası bir-birlərini böyük məhəbbətlə seviblər. Ancaq iş elə gətirir ki, onların ailə həyatı yarımçıq qalır. Həmidənin bakılı qızı olan anası rayon mühitinə öyrəşmədiyindən qızını da özü ilə götürüb Bakıya gəlir. Atası isə əyalətdə qalmalı olur. O, dəfələrlə qızının və sevdiyi qadının ardınca Bakıya gəlsə də, nəticə uğursuz olur. Həmidənin anası geri qayıtmır. Ancaq ölənə qədər qızının atasına sadiq qalır, onu böyük məhəbbətlə sevir. Həmidə isə on yeddi yaşından sonra heç vaxt atası ilə görüşmür. Valideynləri ayrılanda Həmidənin 15 yaşı olub. Atasının başqa ailəsi və ögey bacı-qardaşları da olub. Aktrisanın ögey anası və bacı-qardaşları ilə münasibəti çox yaxşı olub. Atası on yeddi yaşına qədər qızına məktublar yazsa da, aktrisanın anası o məktubların heç birini qızına oxumağa verməyib. Aktrisa atası ilə bağlı xatirələrində deyir:
"17 yaşımdan öldüyü günəcən onu görməmişəm. 86-cı il idi. Teleqram gəldi. Yaşı qədər - 59 qərənfil alıb getdim qəbri üstünə. Heç kəndə də baş çəkmədim. Onda hələ qardaşımı, bacılarımı tanımırdım. O qədər hönkür-hönkür ağladım ki. Dedim, məni atdın, axtarmadın, yiyə durmadın. Amma institutu bitirəndən sonra içimdə onunla barışdım".

- Həmidə Ömərovanın anası onun taleyində necə bir rol oynayıb?

Bu barədə aktrisa belə deyir. "Həmişə anamdan qorxmuşam. O, hökmlü qadın olub. Deyirdim kaş məni Qazağa ezamiyyətə göndərərdilər. Gizlicə atamı axtarıb tapardım. Bu hiss məndə 22-23 yaşımda çox güclü idi. Atamla söhbət eləməyi çox istəyirdim. Məni aktrisa olmağa, gənc yaşda ailə qurmağa qoymayan da anam olub. Moskvaya oxumağa getmək üçün qarşısında diz çöküb yalvarmışam. İndi olsaydı bəlkə də onu tək qoymazdım".
Aktrisanın anası ailə həyatında xoşbəxt olmadığı üçün qızının ailə qurmasına qəti şəkildə mane olub. Hər dəfə Həmidəyə elçi gələn kimi anası onu pisləyir, "qızımın əlindən bir iş gəlmir, aktrisadır, səhərdən axşamacan çəkilişdə olur" sözlərini deyirmiş.

- Həmidə Ömərovanın anası psixi xəstəliyə tutulub?

Həmidə xanımın anası ömrünün sonlarına yaxın 6 il amneziya (yaddaşsızlıq) xəstəliyindən əziyyət çəkib. Anası çox vaxt xəstə olduğu dövrlərdə Həmidəni öz anası bilir, ona "ana" deyə müraciət edirmiş. Həmidə xanım anasını xatırlayarkən belə deyir:
"Anam mənəvi cəhətdən çox güclü qadın olub. Amma niyəsə mənim onun gənc, gözəl, güclü vaxtlarını yox, son illərini, zəif vaxtlarını xatırlayıb yanıram. O vaxtlarını ki, o mənim balam idi. Anamın çox gözəl səsi var idi. Konservatoriyaya girmişdi, qardaşları oxumağa icazə verməmişdilər".
Günlərin birində isə aktrisa bağda dincələrkən onunla birgə yaşayan anası qızına və özünə aid sənədləri və qızının qızıl əşyalarını özü ilə götürüb evdən çıxır və itkin düşür. Həmin gün aktrisaya Xalq artisti adı verilir, o isə əlində anasının şəkli dəli kimi hər yerdə onu axtarır. Anası tapılarsa, namaz qılacağını əhd edir. O, anasını psixiatriya xəstəxanalarının birində tapır. Həmin hadisədən sonra Həmidə ərizə yazıb universitetdəki kafedra müdirliyi vəzifəsindən çıxır. Anasına özü baxmağa başlayır. Aktrisanın anası dünyasını dəyişəndə Həmidə namaz üstə olub.

- Həmidə Ömərova dindardır?

Həmidə xanım uzun illərdir namaz qılır.

- Həmidə Ömərova ailəlidir?

Aktrisa gec ailə həyatı qurub. Buna səbəb onun sənəti olub. Günlərin birində İrana səfər edərkən oradakı tanış qadınlardan biri ondan yaşını soruşur. Biləndə ki, 33 yaşı var və hələ ərə getməyib, onu bərk danlayır. Bakıya qayıdan Həmidə çoxdandır onunla ailə qurmaq istəyən iş yoldaşına evlilik üçün razılıq verir. O, müsahibələrində bu haqda belə deyir:
"O, oğlanın atası rəhmətə getmişdi, anası ağır xəstə idi. Xalası ilə xalası qızı bizə elçi gəldilər. Sonra oğlana dedim ki, anana baş çəkmək istəyirəm. Getdik. İlk dəfədir evlərinə gəlmişəm, anası ilə tanış olacam. Evin tək oğludur, getdi çay gətirməyə. Qaldıq ikimiz... Və onda ana mənə bir söz dedi. "İndiki qızlar otururlar, otururlar, yaşları keçəndə kimə gəldi gedirlər". Bu sözü oğlana demədim, amma ondan uzaqlaşdım. Dedim, sən gizlədirsən, amma anan məni istəmir. Heç nə demədi. Elə onu dedi ki, anam xəstədir və xəstəliyi haqda heç nə bilmir. Bu məsələ bitdi. O oğlan indiyəcən ailə qurmayıb".

- Gözəlliyi ilə göz qamaşdıran Həmidə Ömərova kiminlə ailə qurub?

Həmidə özündən bir yaş böyük oğlanla tanış olur və onlar tez bir zamanda bir-birlərini sevib ailə qururlar. O bu barədə belə danışıb:

"Bəlkə də bizim kino 1993-cü ildə böhrana uğramasaydı, mən heç ailə qurmazdım. Buna mənim vaxtım yox idi. Bir gün Bakıda çəkilirdim, bir gün Şəkidə, bir gün İranda. Qəribədir ki, mən sevib ailə qurdum. Bakıya qayıdandan bir müddət sonra yoldaşımla tanış oldum. Onun öz aləmi vardı. O, yeganə kişi idi ki, mən bir qadın kimi onu qətiyyən maraqlandırmırdım. Mən də qarşıma məqsəd qoydum ki, onu özümə cəlb edəcəm. Çox quru adam idi. Sonra yavaş-yavaş ünsiyyətimiz yarandı. Qəribə adam idi, açığı, mən onu heç vaxt başa düşmədim. Onun sevgi etirafı da qəribə oldu. Həmin gün möhkəm yağış yağırdı. Mən də hər dəfə naharda çıxıb evə gedirdim. Çıxdım bayıra, gördüm dayanıb yağışın altında… Düz 45 dəqiqə saxladı məni, ordan-burdan danışdı, nahara da gecikdim. Sağollaşıb qayıtmaq istəyirdim ki… bircə kəlmə dedi: "İstəyirəm səni". Çönüb baxdım. Gördüm yağışdan elə islanıb ki… Mən ona inandım. Nəticəsi o oldu ki, bu gün o məhəbbətin bəhrəsi olan yaraşıqlı bir oğlumuz var".

- Həmidə Ömərovanın əri ona sənət qadağası qoyub?

Ailə qurandan sonra həyat yoldaşı ona sənət qadağası qoyur. Hər dəfə aktrisanın çəkildiyi filmləri görəndə kanalı dəyişir. Daha sonra Həmidəni məcbur edir ki, aktrisalıq karyerasına son qoysun.
Həyat yoldaşını böyük məhəbbətlə sevən aktrisa onun bu təklifi ilə razılaşır, kino həyatını tərk edir. Hətta aparıcısı olduğu dövrün məşhur verilişi olan "Retro"dan da uzaqlaşır. Ancaq bir ildən sonra yenidən kino sənətinə geri qayıdır.

- Həmidə Ömərova Polad Bülbüloğlu ilə ailəli olub?

Şəxsi həyatı ilə bağlı bir çox şayiələrlə üzləşən aktrisanın Polad Bülbüloğlu ilə evli olması ilə bağlı şaiyələr yayılmışdı. Bu onların "Qorxma mən səninləyəm" filmindəki tərəfdaşlığından sonra yaranıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1620   Tarix: 12 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr