Bakıda sal qayanın üstündə gecəqondu məktəb - Direktorla sakinin yol davası (FOTO/VİDEO)

Bakıda sal qayanın üstündə gecəqondu məktəb - Direktorla sakinin yol davası (FOTO/VİDEO)Şəkildə gördüyünüz bu bina (əgər buna bina demək mümkündürsə) Laçın qaçqın məktəbinin binasıdır. Bakının Badamdar qəsəbəsində yerləşir. Gördüyünüz kimi, bina düz qayanın üstündə yerləşir və arxa tərəfdən oraya yol yoxdur. Məktəbin ön tərəfdən olan yeganə yolu isə Badamdar qəsəbəsi 1-ci massiv, Topçubaşov küçəsi, 126 ünvanında yaşayan Zəminə Zahirovanın həyətindən keçir. Bu isə onunla məktəbin direktoru Piyalə Xudayarova arasında tez-tez qarşıdurma yaranmasına səbəb olur.

Məsələ ilə bağlı Bakupost.az -a şikayət edən Zəminə Zahirova bildirib ki, direktor, müəllimlər və şagirdlər hər gün məktəbə onun həyətindən gedib-gəlirlər:

"Evimizin arxasındakı ərazidə əvvəl iki ədəd modul tipli otaq yerləşdirmişdilər. Həmin əraziyə gediş-gəliş yolu isə qarşı tərəfdən idi. Elə oldu ki, həmin yolun üstündə bina tikdilər. Məktəb yolsuz qaldı. Direktor Piyalə Xudayarova da bizim ərazidə villasında yaşayır. O, bir gün məndən xahiş etdi ki, evinin qarşısından bizə bir cığır ver, məktəbə gedib-gələ bilək. Mən də onların xahişinə "yox" demədim. Düşündüm ki, Laçından məcburi köçkündürlər, uşaqlar gəlib burda təhsil alırlar. Ona görə də evimin qarşısından onlara piyada gəlib-getməyə icazə verdim".

Şikayətçi deyir ki, bu yaxşılığı sonradan onun başına bəla olub:

"Mən gediş-gəlişə icazə verəndən sonra direktor və müəllim kollektivi gecəylə bu ərazidə məktəb üçün otaqlar tikməyə başladılar. Bizim qonşu isə küçəmizə gələn yolu təmir etdirdi. Bundan sonra direktor öz bahalı avtomobiliylə mənim həyətimdən məktəbə gəlib-getməyə başladı. Bu səbəbdən aramızda mübahisə yarandı. Hətta o, məktəbin girişinə darvaza da qoydurdu. Buna görə ona iradımı bildirdikdə dedi ki, mənim arxamda duranlar var, rəhbərlik necə deyib, elə də etmişəm. Elə etmə ki, evini də sökdürüm. Hətta direktor avtomobili ilə həyətimə dönə bilmədiyi üçün səkimi belə sökdürdü. Bununla bağlı müvafiq qurumlara şikayət də etmişəm".

Zəminə Zahirova hazırda ailəsi və nəvələrinin həyatının təhlükədə olduğunu bildirib:

"Nəvələrim həyətə düşə bilmirlər. Maşınlar evimin giriş qapısının önündən keçib gedir. Direktor Piyalə Xudayarovaya digər məktəb binalarında Laçın qaçqın məktəbinə yer verilməsi təklif olundu. Amma o, bununla razılaşmadı. Görünür, onun məhz burada fəaliyyət göstərmək istəməsində hansısa maddi maraqları var".

Zəminə Zahirova iddia edir ki, məktəbdə kifayət qədər yeyinti halları var:

"Burada ancaq Piyalə Xudayarovanın yaxın çevrəsi çalışır. Bir çox müəllim və xadimələrin adları məktəbdə getsə də, özləri işə gəlmir. Hər dəfə mən bu məsələni qaldırandan sonra onlar məcbur qalıb işə gəlirlər. Direktorun özbaşınalığı ilə bağlı müvafiq qurumlara şikayətlər etmişəm. Bütün qurumlar müraciətimə müsbət cavab verib, lakin Elm və Təhsil Nazirliyi indiyə kimi yazdığım heç bir məktuba cavab verməyib. Bilirəm ki, yazdığım məktublar nazir Emin Əmrullayevə çatmır, əgər onun bundan xəbəri olsa, tədbir görər".

Yeri gəlmişkən, Zəminə Zahirovanın yaşadığı ünvanda olarkən Laçın qaçqın məktəbinin yerləşdiyi əraziyə də baş çəkdik. Məktəb sıldırım qayanın üzərində, sürüşmə zonası sayılan təhlükəli bir ərazidə tikilib. Burda şagirdlərin təhsil alması çox təhlükəlidir. Hətta Zəminə Zahirovanın müraciətlərindən sonra Fövqəladə Hallar Nazirliyi əraziyə baxış keçirib və məktəbin təhlükəli ərazidə tikildiyi təsdiq edilib.

Məsələ ilə bağlı Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudayarova ilə də əlaqə saxladıq.

O, Bakupost.az -a açıqlamasında şikayətçinin ittihamlarıyla razılaşmadı. Direktorun sözlərinə görə, mübahisəsi gedən yol Zəminə Zakirovanın, deyil, məktəbin mülkiyyətinə məxsusdur:

"Laçın qaçqın məktəbi 1996-cı ildən həmin ərazidə fəaliyyət göstərib. O zaman Zəminə Zahirovanın qayınanasının xahişi ilə onlara məktəbin yoluna qapı açmağa icazə veriblər. Əslində onların evlərinin girişi evin arxa tərəfindəndir. Bizim rəhmətlik qayınanasıyla və Zəminə xanımla yaxşı münasibətlərimiz olub".

Direktorun iddiasına görə, başqa bir qonşu Zəminə Zahirovanı öyrədir ki, məktəbə problem yaratsın:

"Bura köçkün məktəbidir. Müvəqqəti məskunlaşmışıq, Laçına qayıdacağıq. Zəminə xanımı kimin öyrətdiyindən xəbərimiz var. O, əsassız narahatçılıq yaradır. Məndən əvvəlki direktorun vaxtında onlar məktəbin təxliyə yolunu tutublar. Amma heç kim deyə bilməz ki, məktəb kollektivi kimisə narahat edib. Burda 5-6 müəllimin avtomobili var və çoxu yaxında yaşadığı üçün məktəbə piyada gəlirlər. Biz insanıq, kiminsə yolunu kəsmək bizə xas olan xüsusiyyət deyil".

Piyalə Xudayarova şikayətçinin məktəbdə yeyinti hallarının olmasıyla bağlı ittihamlarına da cavab verib:

"Doqquzillik məktəbdir, 60 şagirdimiz, 20 müəllimimiz var. Elə sinif var ki, orda 3 nəfər uşaq var. Burda hansı yeyintidən söhbət gedə bilər? Biz müəllimik, cəmiyyətə kadr hazırlayırıq, şəxsiyyət yetişdiririk. Hər birimiz təhsil ocağına dəstək olmalıyıq".

Bakıda sal qayanın üstündə gecəqondu məktəb - Direktorla sakinin yol davası (FOTO/VİDEO)Bakıda sal qayanın üstündə gecəqondu məktəb - Direktorla sakinin yol davası (FOTO/VİDEO)Bakıda sal qayanın üstündə gecəqondu məktəb - Direktorla sakinin yol davası (FOTO/VİDEO)Bakıda sal qayanın üstündə gecəqondu məktəb - Direktorla sakinin yol davası (FOTO/VİDEO)Bakıda sal qayanın üstündə gecəqondu məktəb - Direktorla sakinin yol davası (FOTO/VİDEO)Bakıda sal qayanın üstündə gecəqondu məktəb - Direktorla sakinin yol davası (FOTO/VİDEO)Bakıda sal qayanın üstündə gecəqondu məktəb - Direktorla sakinin yol davası (FOTO/VİDEO)Bakıda sal qayanın üstündə gecəqondu məktəb - Direktorla sakinin yol davası (FOTO/VİDEO)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1555   Tarix: 12 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr