Azərbaycan Dəmir Yolları" QSC-nin qanunsuz əldə edilmiş mənfəəti ortaya çıxdı — Dövlət büdcəsinə ödəməlidir

Azərbaycan Dəmir Yolları" QSC-nin qanunsuz əldə edilmiş mənfəəti ortaya çıxdı — Dövlət büdcəsinə ödəməlidirİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması barədə qərar qəbul edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC qanunsuz əldə edilmiş mənfəəti dövlət büdcəsinə qaytarmalıdır.

"Alliance Logistics" MMC və "Caspian Rail" MMC "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrı seçkiliyə yol verilməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edilməsi ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər.

Konteyner daşımaları bazarında özəl şirkətlərlə yanaşı "Azərbaycan Dəmir Yolları" QSC özünün törəmə şirkətləri olan "ADY Ekspress" MMC və "ADY Konteyner" MMC fəaliyyət göstərir və "Azərbaycan Dəmir Yolları" QSC bu törəmə şirkətlərə tətbiq olunan güzəştli və xüsusi tarifləri digər özəl ekspeditorlara tətbiq etməkdən imtina edir.

"Təbii inhisarlar haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1.4-cü bəndin əsasən magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə aid edilir.

Buna görə də, "Azərbaycan Dəmir Yolları" magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2013-cü il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"na daxil edilib.

"Azərbaycan Dəmir Yolları" QSC təbii inhisar subyekti olaraq təbii inhisar fəaliyyətinə aid olan xidmətlərdən istifadə etmək istəyən bütün subyektlərə bərabər şərait yaratmalı və bazarda bütün iştirakçılara bərabər təminatlar verməlidir. Ancaq "Azərbaycan Dəmir Yolları" QSC-nin əsas öhdəliyi magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı ilə əlaqədar özəl sahibkarlıq subyektlərinin bu obyektlərdən istifadə etməsinə rahat şərait yaratmaq, habelə beynəlxalq daşımaların artrırlmasına ehtiyac olduğu zamanda fəaliyyəti beynəlxalq daşımalarla bağlı olan sahibkarlıq subyektlərinə mümkün ola biləcək hər bir dəstək verməkdən ibarət olduğu halda, "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən özəl sahibkarlıq subyektlərinin fəaliyyətinə müxtəlif maneələr yaradır, "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən "ADY Konteyner" MMC-yə güzəştli və xüsusi tariflər tətbiq edir. Nəticədə, "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisələrinin bazar payı və dövriyyəsi artır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində bəzi qərarlar qəbul edilib.
​​​​
Qərara əsasən, "Azərbaycan Dəmir Yolları" QSC sahə inhisarçılığına yol verilərək təsərrüfat subyektlərinin müstəqilliyi əsassız olaraq məhdudlaşdırıldığına və bununla da "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş küllü miqdarda gəliri "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödəməlidir.

Bu yeganə qanunsuz əldə edilmiş mənfəət deyil. Eləcə də "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən sahə inhisarçılığına yol verilərək rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradıldığına və bununla da "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş küllü miqdarda gəlir "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi də nəzərdə tutulub.

"Azərbaycan Dəmir Yolları" QSC-yə işə baxılmasının nəticələri üzrə "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinin pozulması hallarının aradan qaldırılması, subyektiv əsaslara söykənən səbəblərə görə imtinaların verilməsi hallarının dayandırılması, imtina edilməsi zamanı səbəblərin açıq-aydın göstərilməsi, güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi, güzəştlər tətbiq olunan zaman ekspeditorlar arasında rəqabət prinsipləri qorunmaq şərti ilə bütün təsərrüfat subyektlərinə şamil edilməsi, ekspeditorlar arasında bərabər, şəffaf, ədalətli və rəqabətə əsaslanan münasibətlərin təmin edilməsi, habelə ekspeditor fəaliyyəti göstərən şirkətlər arasında ayrı-seçkiliyə yol verilməməsi və bütün sadalananlar sayəsində qanunsuz əldə edilmiş mənfəətin dövlət büdcəsinə ödənilməsi diqqətə çatdırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1347   Tarix: 12 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr