Hərbi xidmətdə qəza, təlimdə YARALANMA: Müharibə yoxdursa, əsgər niyə ölür?

Hərbi xidmətdə qəza, təlimdə YARALANMA: Müharibə yoxdursa, əsgər niyə ölür?Xəbər verdiyimiz kimi, işğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyi Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu silahı ilə ehtiyatsız davranması nəticəsində aldığı xəsarətdən vəfat edib. Bir neçə gün öncə 21 yaşlı MAXE Xanlar Əhmədov təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlu bədbəxt hadisə nəticəsində həlak olub. Həlak olan hərbçi Qax rayonunun Qorağan kəndindəndir. Onun Bakı şəhərində yol-nəqliyyat hadisəsi zamanı həlak olduğu bildirilir.

Göründüyü kimi, artıq neçənci dəfəfir ki, təliz zamanı əsgərlər yaralanır yaxud yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişir. Bəs əsgərlərimizin təhlükəsizliyinin təmin edilməsində hansı addımlar atılmalıdır? Bədbəxt hadisələrin qarşısını necə alaq?

Mövzunu Sonxeber.az-a şərh edən Üzeyir Cəfərov bildirib ki, bütün bunlar hərbi xidmətdə yaşadığımız real həyatın bir parçasıdır. Mülki həyatda nə baş verirsə, hərbi xidmətdə də böyük faiz dərəcəsi ilə təkrarlanır:

"Şəhərlərdə qəzalar olduğu kimi hərbi xidmətdə bu baş verir. Vətəndaşlar arasında sudan boğulma halları müşahidə olunur. Hərbi xidmətdə biz bunu görə bilirik. Eyni zamanda elektrik cərəyanından həyatını itirənlər belə olur. O cümlədən hərbi xidmətin bir özəlliyi var ki, orada silah-sursatla hər gün iş görürlər. Silah-sursat təhlükəli vasitələrdir. Hər an onların partlaması və ehtiyatsız davranma nəticəsində bədbəxt hadisənin baş verməsi mümkündür. Bu nöqteyi-nəzərdən komandirlər- Manqa komandirindən tutmuş tabor yaxud briqada komandirlərinə kimi hamısı əsgərlərimizin təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən borcları yerinə yetirməlidirlər. İstər kiçik komandirlər, istərsə də böyük komandirlər yaxud zabitlər olsun. Onlar vəziyyətə nəzarət etməlidirlər. İl ərzində belə hadisələrin baş verməsi çox cüzi olur".

Ekspertin sözlərinə görəə, harda boşluq varsa, bu bədbəxt hadisələr çox olacaq. Ona görə də artıq neçənci dəfədir ki, əsgərlərimiz ya nəqliyyat qəzalarında, ya da təlim zamanı silahdan ehtiyatsiz davranmağa görə yararlanırlar:

"Hərbi xidmət elədir ki, sutkanın əksər hissəsini ya təlimdə olursan, ya da müəyyən tapşırıqları yerinə yetirirsən. Ona görə hərbi qulluqçularımız ilə bağlı olan məsələde daim maarifləndirmə işi aparılmalıdır. Müəyyən məlumatlandırma işi həyata keçirilməlidir ki, hərbi qulluqçular burada diqqətli və ehtiyatlı davransınlar. Heç bir komandir istəməz ki, onun əsgərinin burnu qanasın. Amma bu həyatdır. Bəzən olur ki, obyektiv yaxud subyekti səbəblərdən belə hadisələr baş verir. Təkcə bizim ordumuzda deyilən, dünyanın aparıcı ölkələrinin ordu heyətində bu hallar baş verir. Sadəcə tələbkarlıq və diqqət bu cür halların qarşısını almağa qadirdir. Yəqinki məsuliyyətli komandirlər başa düşürlər ki, bu məsələyə çox ciddi yanaşmaq lazımdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1338   Tarix: 12 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr