Lənkəranda xəstəxanada vəfat edən müəllimin ölüm səbəbi AÇIQLANDI

Lənkəranda xəstəxanada vəfat edən müəllimin ölüm səbəbi AÇIQLANDI"Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirovanın əməliyyatı uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub".

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verib.

Məlumatda qeyd olunub ki, 10.07.2024-cü il tarixində Lənkəran rayonu Aşağı Nüvədi kənd sakini, 1972-ci il təvəllüdlü (qadın cinsli) şəxs uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya edilib:

"Xəstə obyektiv müşahidə olunduqdan sonra dərhal əməliyyat blokuna alınıb. Əməliyyat uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub.

11.07.2024-cü il tarixində xəstədə fiziki aktivlik müşahidə olunub, lakin növbəti dəfə yerindən durarkən vəziyyəti qəflətən pisləşib, tənəffüs çatışmazlığı müşahidə olunub. Xəstəyə ağciyər arteriyalarının tromboemboliyası diaqnozu qoyulub.

Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".

13:20

Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirovanın vəfatı ilə bağlı bəzi məqamlar bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, miomadan əməliyyat olunub. Əməliyyat Lənkəranda baş tutub.

Ölüm səbəbi hələ məlum deyil.

Qeyd edək ki, S.Nəsirovanın 26 yaşlı bir oğlu var, subaydır.

12:24

Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirova vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, müəllim keçirdiyi əməliyyatdan sonra vəfat edib.

Həmçinin, Sədaqət Nəsirova 20 gün öncə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək mümkün 60 baldan 54 bal toplayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3981   Tarix: 12 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə -a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütü

4 aprel
.

9 uşaqdan 6-sı palçıqla oynadıqdan sonra çiməndə zəhərlənib - Video

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. "Qafqazinfo" "Sumqayıt24"ə istinadən xəbər verir ki, hadisə Xəzri bağları adlanan yaşayış massivində baş verib. Belə ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hama

2 aprel
.

Siyəzəndə 5 nəfər dəm qazından zəhərləndi - Yenilənib

Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib. APA-ya istinadən xəbər verir ki, aprelin 3-də Siyəzən Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 5 nəfər müraciət edib. Onlardan 2 nəfər - Rəsulova Leyla Şamil qızı (10.07.2012) və Hacıyeva Xəyalə Adil qızı (11.04.1996

4 aprel
.

Ağdaşda 28 yaşlı qadın itkin düşdü - Foto

Ağdaşda 28 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Ağdaş rayon sakini Söygülü Yusibova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. S. Yusibovanın əlamətləri: boyu 163 sm, arıq bədən quruluşludur. Evdən çıxan zama

2 aprel
.

Kommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDA

Məhkəmələrin üzərinə kommunal xidmətərə dair işlərlə bağlı yeni öhdəlik qoyulub. Söhbət təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsinə dair işlərdən gedir. Belə ki, təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməs

4 aprel
.

Azərbaycanda 2020-dən bəri mina qurbanlarının sayı açıqlandı

Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 7

4 aprel
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Binəqədi və Xətai rayonlarının bir hissəsində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilir ki, saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi rayonu (Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri, Mədən ərazisi, Bakso

2 aprel
.

Məktəblilər 10 gün DƏRSƏ GETMƏYƏCƏK - SƏBƏB

Azərbaycanda məktəblilərin qarşıdakı istirahət günləri açıqlanıb. Bakıvaxtı.az-a istinadən xəbər verir ki, ümumtəhsil müəssisələrində may-iyun aylarında şagirdləri bir neçə rəsmi tətil və qeyri-iş günləri gözləyir. Məlumata görə, bu müddətdə ibtidai siniflər üçün ayrıca istirahət günləri ilə yanaşı

4 aprel
.

Deputat pəncərədən tullanıb qaçıbmış...

Naxçıvan MR Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı seçilmiş Əli Abbasov mandatının əlindən alınmasından narazıdır. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əli Abbasov Naxçıvan Mərkəzi Seçki Komissiyasının qərarından Ali Məhkəməyə şikayət edib. Keçmiş deputat iddi

3 aprel