"Semaşko"da şok! Doğuş zamanı "əkiz" uşaqlardan biri yoxa çıxdı (FOTO+VİDEO)
Həkimlər tərəfindən əkiz uşağa hamiə qaldığı deyilən qadının başına doğuş zamanı iş gəlib.
Citypost.az xəbər verir ki, Mədinə Hacıyevaya hamiləlik dövründə uşağının əkiz olduğu deyilsə də,doğuş zamanı ona yalnız bir uşaq verilib.Bu barədə saytımıza məlumatı qadının özü bildirib.
"2024-cü ilin yanvarın 26-da həyatımın şokunu yaşadım. Uşaq dünyaya gətirmək üçün "Semaşko" xəstəxanasına aparıldım. Müalicə və müayinə həkimin Solmaz Mehdiyeva əməliyyata gəlmədiyi üçün doğuşu həmin günü növbədə olan Minurə Kazımova etdi. Əkiz uşağa hamilə olduğum halda, mənə bir oğlan uşağı dünyaya gətirdiyimi bildirdilər",- deyə Mədinə Hacıyeva bildirib.
Mədinə Hacıyeva doğuş həkiminin bu sözlərindən sonra şok keçirib. Şikayətçinin sözlərinə görə, ona doğuşdan əvvəlki vaxtlarda da bir neçə yerdə edilən dopler müayinələri zamanı əkiz uşağa hamilə olduğu bildirilib. Ailə üzvləri də hazırlığı məhz iki uşaq üçün görüb.
"Mənim və yoldaşımın nəslində əkiz uşaq dünyaya gətirən şəxslər var. Yəni,mənim əkiz uşağa hamilə qalmaq şansım realdır. Müayinələr zamanı həkimlər bu diaqnozu dəfələrlə təsdiqləyib. Hətta doğuş günü "Semaşko"nun USM (Uzi) aparatında çalışan müayinə həkimi Zeynəb Osmanova da mənim əkiz uşağa hamilə olduğumu təsdiqlədi. Hətta doğuşdan bir neçə dəqiqə əvvəl uşaqların ürək döyüntülərinin hansı ritmlə vurduğunu da mənə bildirdilər..."
Şikayətçi qadın daha sonra bildirib ki, bu hadisədən sonra aidiyyatı qurumlara şikayətlər edib. Müraciət etdiyi dövrdə Kliniki Tibbi Mərkəzin ("Semaşko" ) direktoru Könül Ələkbərovla da şəxsən görüşüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2909 Tarix: 12 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabr