Mərhum bəstəkarın qızı: "Qarabağ" mahnısı ilə bağlı görülən tədbirlər bəhrəsini verəcək"

Mərhum bəstəkarın qızı: "Qarabağ" mahnısı ilə bağlı görülən tədbirlər bəhrəsini verəcək""Tarixi qələbədən sonra "Qarabağ" mahnısının Azərbaycan üçün, hər birimiz üçün necə böyük məna daşıdığını ermənilər görür və anlayır".

Bunu "Report"a açıqlamasında mərhum bəstəkar Bəhram Nəsibovun qızı, jurnalist Güldəstə Nəsib erməni ifaçının "Qarabağ" mahnısını mənimsəyərək ifa etməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, "Qarabağ" mahnısını Bəhram Nəsibov İncəsənət Universitetində oxuduğu illərdə yazıb, sözləri də, musiqisi də özünündür:

"Tarixi dəqiq deyə bilmərəm, amma ötən əsrin 60-cı illəri olub. Atam tələbə yataqxanasında qalırdı. Mahnı hazır olub, atam tarda ifa edərək özü də oxuyub. Onun səsinə bütün yataqxana yığışıb. Həmin zaman yataqxananın erməni komendantı da gəlib, qulaq asıb və deyib ki, bu mahnıya bir-iki Qarabağ ermənisinin də adını daxil elə. Atam etiraz edib. Deyib ki, erməninin Qarabağa nə dəxli var ki, mahnıya da əlavə edim? Komendant qəzəblənib və atamı yataqxanadan çıxarıb. Bundan sonra isə atam kirayə qalmağa məcbur olub".

Güldəstə Nəsib bildirib ki, mahnını 1972-ci ildə Müəllif Hüquqları Agentliyi (indiki Əqli Mülkiyyət Agentliyi) qeydiyyatdan keçirib:

"Öz əli ilə yazdığı ərizə indi də agentlikdə qorunub saxlanır. Mahnının ilk ifaçısı Xalq artisti Arif Babayev olub. Sonralar isə müğənnilərin əksəriyyəti bu mahnıya öz repertuarında yer ayırıb. 44 günlük Vətən müharibəsindən sonra bu mahnı xüsusi məna kəsb edib. O günlərdə əsgərlərimiz, sadə vətəndaşlarımız - hamı "Anadır arzulara hər zaman Qarabağ" oxuyurdu. Bu gün bu mahnı azad Qarabağın himni kimi səslənir. Şuşada, Bakıda, eləcə də ölkəmizdən kənarda rəsmi tədbirlər məhz bu mahnı ilə açılıb bağlanır. Bunun nə qədər qürurverici olduğunu sözlə çatdırmaq çətindir.

Tarixi qələbəmizdən sonra "Qarabağ" mahnısının Azərbaycan üçün, hər birimiz üçün necə böyük məna daşıdığını ermənilər də görür və anlayır. Elə ona görə də bir vaxtlar erməni komendantın başlatdığı çirkin işi davam etdirirlər, müəllifin ruhunu incidir, məğlubiyyətin gətirdiyi acizlik, natamamlıq sindromlarını ört-basdır etməyə çalışırlar".

Mərhum bəstəkarın qızı "Qarabağ" mahnısının ermənilər tərəfindən mənimsənilməsinə olan cəhdə cəmiyyətin və dövlət qurumlarının nə qədər həssas yanaşmasına görə minnətdarlığını bildirib:

"Bu mahnı hələ 1972-ci ildə Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirildiyinə görə mahnı artıq Bəhram Nəsibovun yox, bütün Azərbaycan xalqının mülkiyyətidir. Dövlət qurumları bu məsələ ilə bağlı çox ciddi iş aparırlar. Əqli mülkiyyət sahəsində mövcud olan beynəlxalq normalar çərçivəsində Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyi bütün mümkün tədbirləri həyata keçirirlər. Hər iki qurum Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı birgə bəyanat da verib. İnanıram ki, görülən tədbirlər tez bir zamanda bəhrəsini verəcək".

Xatırladaq ki, Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı musiqi əsəri erməni ifaçı Gor Yepremyan tərəfindən "Sirun jan" adı altında mənimsənilərək ifa edilib. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı birgə bəyanat verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 689   Tarix: 12 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bu yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir" - İran səfiri

ranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir. İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu göstərdiyi həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib. xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb. Səfir bildirib ki, sayca 3-cü yardım karvan

4 aprel
.

Bakıda bu ərazidə yeni bulvar salınacaq

Paytaxtın Yasamal rayonunda yerləşən və uzun illərdir "Qanlı göl" adı ilə tanınan ərazi ilə bağlı yenidənqurma planları yenidən müzakirə olunur. -in məlumatına görə, həmin su hövzəsinin ətrafında genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Bildirilir ki, layihəy

3 aprel
.

Bakıda yeni "moll" tikilir

Azərbaycanda yeni "moll" tikintisinə start verilib. Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Əhmədli qəsəbəsində yerləşən "Bravo" hipermarketi ərazisində inşa olunması planlaşdırılan yeni ticarət mərkəzi ilə bağlı ilkin hazırlıq işlərinə artıq başlanılıb. İddialara əsasən, sözügedə

4 aprel
.

Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)

Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəl

3 aprel
.

Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Azərbaycanda aprelin 5-də havanın yağıntılı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhə

4 aprel
.

Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB

Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib. -a istinadən xəbə

3 aprel
.

Bu ərazilərdə mənzillər BAHALAŞIR

Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli şəkildə yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir. Aidiyyəti qurumların son məlumatları yaxın dövrdə ölkənin bir neçə böyük şəhərində söküntü və yenidənqurma proseslərinin başlanacağını göstərir. Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərind

4 aprel
.

Tanınmış jurnalistə vəzifə verildi

Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə təyin olunub. Firuzə Cəlilova Bakı Dövlət Universiteti-nin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur v

3 aprel
.

Azərbaycanda 2020-dən bəri mina qurbanlarının sayı açıqlandı

Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 7

4 aprel