"WhatsApp"da yeni era: Səsli mesajlar mətnə çevrilir
"WhatsApp" tərtibatçıları səsli mesajların transkripsiyası funksiyasını sınaqdan keçirməyə başlayıblar.
Bu barədə Oxu.Az "WABetaInfo" portalına istinadla məlumat verir.
Yenilik artıq "Android" üçün "WhatsApp"ın 2.24.15.5 nömrəli beta versiyasında müşahidə edilib.
Dərc edilmiş ekran görüntülərindən məlum olur ki, tətbiqin test istifadəçiləri artıq alınan və göndərilən səsli mesajlar üçün transkripsiya funksiyasını aktivləşdirə bilərlər. Lakin bu, əlavə məlumat paketinin yüklənməsini tələb edəcək. Bu qərar məxfilik məqsədilə qəbul edilib və səsli mesajları "WhatsApp" serverlərində emal etmək ehtiyacı olmadan birbaşa cihazda deşifrə etməyə imkan verir.
Hazırkı mərhələdə istifadəçilər deşifrə üçün mövcud beş dildən - rus, ingilis, ispan, portuqal (Braziliya) və hind dillərindən yalnız birini seçə bilərlər. Qeyd olunur ki, gələcəkdə dəstəklənən dillərin sayı artırılacaq.
Yeniliyin "Android" və "iOS"da bütün "WhatsApp" istifadəçiləri üçün nə vaxt işləyəcəyi açıqlanmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 962 Tarix: 12 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021