Sənədsiz evlərin qeydiyyat məsələsi nə vaxt həllini tapacaq?

Sənədsiz evlərin qeydiyyat məsələsi nə vaxt həllini tapacaq?Bu ilin yanvar-aprel aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 121 061 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz azdır. Dörd aylıq göstəricinin 18 440-ı (15,2 faizi) ilkin, 102 621-i isə (84,8 faizi) təkrar qeydiyyatın payına düşüb. Bunlar isə bir il əvvələ nisbətən müvafiq olaraq 34,1 və 32,2 faiz azdır. Yanvar-aprel aylarında fərdi yaşayış və bağ evi üzərində 17 896, mənzil üzərində 26 445, torpaq sahəsi - 72 951, qeyri-yaşayış binası - 1 047, qeyri-yaşayış sahəsi - 2 470, əmlak kompleksi - 240, çoxmərtəbəli yaşayış binası üzərində isə 12 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Rəqəmlərdən də göründüyü kimi, əmlakların qeydiyyatı prosesində azalma müşahidə edilir. Bəs bunun səbəbi nədir?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Qiymətlər qalxıb, bazarda durğunluqdur

Əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının azalması əsasən bazarda alqı-satqı əməliyyatlarının azalması ilə əlaqədardır: "Rəqəmlərdən də görünür ki, bu ilin birinci rübü ərzində həm ilkin, həm də təkrar mənzil bazarında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında azalmalar müşahidə edilib. Bunun əsas səbəblərindən biri mənzil bazarındakı qiymətlərdir. Keçən il mənzillərin qiymətində xeyli yüksəliş müşahidə edildi. Demək olar ki, 30 faizə qədər artım olduğunu söyləyə bilərik. Amma bu ildən başlayaraq qiymətlər o dərəcədə qalxdı ki, bu, alqı-satqı prosesinə də təsir göstərdi. Hazırda daşınmaz əmlak bazarında alıcı qıtlığı yaşanır. Bu da notarial qaydada alqı-satqı əməliyyatlarının azalmasına təsir edib".

Yaxın zamanda qeydiyyat məsələsi həllini tapacaq

R.Qasımzadə bildirdi ki, yaxın zamanda əmlakların qeydiyyat məsələsi öz həllini tapacaq: "Mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı sənədsiz evlərin qeydiyyatının bu il ərzində başa çatdırılması planlaşdırılır. Ölkədə, xüsusilə də Bakı şəhərində mənzillərin qeydiyyata alınması ilə bağlı son tamamlanma işləri gedir. Bunun üçün xüsusi portal üzərindən fəaliyyət həyata keçirilir. Həmin portala qeydiyyatı olmayan evlərlə bağlı müraciətlər də qəbul ediləcək".

Sənədləşmə prosesi tədricən aparılır

"Azərbaycan Rieltorlar Assosiasiyası"nın direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə düşünür ki, rəqəmlər əvvəlki illərdə də bu səviyyədə idi. Əksinə, əvvəlki illərdən fərqli olaraq bu il təkrar qeydiyyat daha çox gündəmdədir: "Əmlak bazarı aktivdir. Deməzdim ki, keçən illə hansısa fərq var. Amma onu da nəzərə almalıyıq ki, bu il qiymət artımı əvvəlki illərlə müqayisədə daha durğundur. Mülkiyyət hüququnun qeydiyyatı məsələsi dayanmayan prosesdir. Nəzərə almalıyıq ki, ölkəmizdə 600-700 min arası mülkiyyəti tanınmayan, sənədsiz əmlaklar mövcuddur. Onların sənədləşmə prosesi hökumət tərəfindən tədricən aparılır. Bir çox hallarda sənədləşmənin təkrar qeydiyyatıdır. Məsələn, torpağı bir çox vətəndaş alır, amma bölərək sənədləşdirir. Bu, həyətyanı sahələrə də aiddir. Bir çox ərazilər olub ki, bələdiyyə torpaqlarından verilib, yaxud onların üzərində evlər tikilib. Müəyyən qəsəbələr salınıb ki, onların da sənədləşmə prosesi gedib. Bu o demək deyil ki, alqı-satqı çox olub. Bu o deməkdir ki, daha çox sənəd verilib".

Vətəndaş məcbur qalıb əmlakın dəyərinin 40 faizini ödəyir

Rieltor Mülkədar Rüstəmov isə azalmanı iki səbəblə əlaqələndirir: "Birincisi, son zamanlar qiymətlərin süni şəkildə artırılmasıdır. Xüsusilə ötən ilin sentyabr və oktyabr aylarından mənzil sahibləri satışa çıxardıqları əmlaklara dəyərindən 15-20 faiz artıq qiymət təyin edərək mənzil bazarını şişirdilmiş həddə çatdırdılar. Onlar elə düşünürdülər ki, ipotekaya tələbat çoxdur, mənzilləri satılacaq. İpoteka fondu isə müştəri mənzil tapdığı zaman dərhal pul ayırmır. Qiymətləndirmə şirkəti göndərir, evin real dəyərini monitorinq edir. Bundan sonra mənzilin bazar dəyərinə uyğun qiymət çıxarılır. Satıcılar mənzilin qiymətini baha qoyduqda istədiklərinə nail ola bilmirlər. Belə olduqda da yük müştərinin üzərinə düşür. 20-30 faiz ilkin ödəniş edilməlidir, amma vətəndaş məcbur 40 faiz ödəyir. Amma bank da limit qoyur. Evin qiyməti bazar dəyərindən yüksək olduqda bank ev almaq istəyən şəxsi məcbur edir ki, ilkin ödənişi artırsın. Çünki mənzil sahibinin pulu ödənilməlidir. Cəmi 40-45 gün vaxt verilir. Alıcı çatdırıb pulu ödəyə bilmədikdə vaxt bitir. Belə olduqda müştəri fikrindən daşınır. Böyük rəqəmlərlə bazara daxil olan mənzil sahiblərinin bəziləri artıq fikrindən daşınıb və daha uyğun qiymətlər qoyur. Çünki alıcılıq qüvvəsi aşağıdır".

Payızda qeydiyyat artacaq

M.Rüstəmov qeyd etdi ki, gələcəkdə torpaq sahələri üzrə qeydiyyat daha da artacaq: "Sənədsiz evlər məsələsinin köklü şəkildə həll ediləcəyi gözlənilir. Əmlak Məsələləri Dövlət Xidmətində siyahıyaalma işləri həyata keçirilir. Çox güman ki sentyabr-oktyabr ayları ərəfəsində bu məsələ yekunlaşacaq. Bakının müxtəlif rayonlarında mövcud tikili həyət evləri kənd təsərrüfatı torpaqları üzərində tikilib. Bu torpaqlar yaşayış məntəqəsi torpağı statusu ilə əvəzlənəcək. Torpaq sahələri, sənədsiz evlər özəlləşəndən sonra statistikada kütləvi artım baş verəcək. Bu zaman vətəndaşların evini satması da asanlaşacaq, bank əməliyyatları apara biləcək, girov qoyacaq, sənədli evlər ipoteka predmetinə çevriləcək. Bu da bazarda rəqabətin çoxalmasına səbəb olacaq. Qarşıdakı aylarda bazar aktivləşəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 827   Tarix: 14 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr