Sui-qəsd SSENARİLƏRİ: Siyasətçilər "qurban"a ÇEVRİLİR? - ŞƏRH

Sui-qəsd SSENARİLƏRİ: Siyasətçilər "qurban"a ÇEVRİLİR? - ŞƏRHXəbər verdiyimiz kimi, ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkisində namizədi Donald Trampa mitinqi zamanı atəş açılıb, siyasətçi qulağından xəsarət alıb. ABŞ-nin Federal Təhlükəsizlik Bürosu prezidentliyə namizəd Donald Trampa edilən hücumu "sui-qəsd cəhdi" kimi təsnifatlandırıb.

Daha əvvəl isə Slovakiya Baş naziri Robert Fitso sui-qəsd nəticəsində döş qəfəsi və qarın nahiyəsindən üç güllə yarası almışdı. Fitsoya qarşı silahlı hücum mayın 15-də, Trampa qarşı sui-qəsd cəhdi isə iyulun 13-də baş verib. Slovakiyanın Baş naziri Robert Fitso deyib ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampa və ona qarşı sui-qəsd oxşar ssenari ilə hazırlanıb. Bəs siyasətçiləri qarşı edilən sui-qəsd planlarının arxasında hansı səbəblər dayanır?

Mövzunu Sonxeber.az-a şərh edən politoloq Turab Rzayev deyib ki, Bu məsələ kifayət qədər ciddidir. ABŞ-də prezidentliyə namizəd, eləcə də keçmiş prezident olmuş bir şəxsin sui-qəsdə məruz qalması sıradan bir hadisə deyil. Ona görə də bu bütün dünya ictimaiyyətinin diqqətini cəlb etdi:

"Bununla əlaqədar fərqli mülahizələr ortaya atılmağa başladı. Birincisi odur ki, Trampın rəqibləri bu addımı atmış ola bilər. Demokrat partiyası və dəstəkçiləri Trampın hakimiyyətə gələrək izolyasiya siyasəti yeriyməyini istəmirlər. Tramp Avropa İttifaqı və digər ölkələr ilə inteqrasiya əleyhdarı idi. İlk ağla gələnlər onlardır ki, Trampı fərqli üsullar ilə uzaqlaşdırmağa çalışdılar. Daha sonra bunlar hansısa radikal şəxs ola bilər. Tramp milli, cinsi, irqi azlıqlara qarşı siyasət ortaya qoyur. Xüsusilə bu siyasət miqrantlara qarşı yeridilir. ABŞ özü kifayət qədər silahlanmış ölkədir. 100 milyonlarla ölkədə silah var. 10 milyonlarla əhalinin özündə silahlar mövcuddur. Bu silahları əldə etmək çətin bir şey deyil. Bunu da nəzərə almaq lazımdır. Eyni zamanda bu məsələnin fərqli məqamlar var. Yəni Trampın partiyasında ona müxalif olanların açıqlamaları var. Məsləhət Respublikaçılar partiyası Trampın namizədliyinin qarşısını ala bilmədilər. Onu ancaq fiziki olaraq məhv etsələr, onun yerinə daha fərqli namizəd çıxara bilərlər. Bu görüşdə olanlar var. Demokratlar Baydenin namizədliyini geri çəkmək istədilər. Geri çəkməyə nail ola bilmədilər. Bu şəkildə əgər Tramp aradan qaldırılarsa, Baydenin qələbə qazanma şansı olduğunu iddia edənlər var".

Politoloqun sözlərinə görə, bu proses Trampın özünə daha çox xeyir verə bilər. Mövcud siyasi görüntüdən sonra Trampın tərəfdarlarının sayı arta bilər:

"Bu siyasi görüntüdən sonra Tramp tərəfdarlarının sayı artacaq. Onun burada qələbə şansı xeyli artdı. Xüsusilə hücumdan sonra Trampın dik duruşu və ictimaiyyətə səslənişi, tərəfdarlarının ona yumruqla cavab verməsi o deməkdir ki, Tramp buradan güclü olaraq çıxdı. Bəziləri iddia edir ki, bu düşünülmüş ssenaridir. Burada Trampı maksimum az zədə ilə bir "qurban"a çevirməyə çalışırlar. Mən bu məsələdə kifayət qədər texniki çətinliklərin olduğunu düşünürəm. Çünki Tramp faktiki olaraq qulağından yara alıbsa, orada ani bir səhv onun həyatının itirməsi ilə nəticələnə bilərdi. Bu baxımdan çox riskli bir addımdır. Ona görə də Trampın bu oyun içərisində olması çox şübhəli görünür. Nəzərə alaq ki, atışmada iki nəfər Tramp tərəfdarı ehaytini itirib. Bir nəfər isə ağır yaralanıb".

Turab rzayev bildirib ki, Trampın əsas dəstəkçisi olan hərbi sənaye kompleksinin, mühafizəkar elitanın rolu olduğunu iddia edənlər var:

"Yəni Trampın özünün xəbəri olmadan onu "qurban"a çevirmək, dəstəkçilərinin sayını artırmaq məqsədilə belə bir addım ata bilərlər. Burada güllə ilə Trampa sadəcə bir neçə millimetr fərqli məsafədə atəş açılsaydı o həyatını itirə bilərdi. Onun lehinə olaraq planlanmış addım olması xeyli sual yaradır. İstənilən halda siyasətçilərin belə bir sui-qəsdə məruz qalması, dünya ictimaiyyətinin nəzərində olması ölkələrin imici və beynəlxalq siyasi mühit üçün yaxşı nəticələr vəd eləmir. Bu ölkədə tərəflər arasında gərginliyin artacağını göstərir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1195   Tarix: 15 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr