Sərnişinlə mübahisə edən avtobus sürücüsü CƏZALANDIRILDI
"Xırdalan şəhəri istiqamətində hərəkət edən 135 saylı marşrut avtobusunun sürücüsünə töhmət verilib".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev verib.
O qeyd edib ki, sosial şəbəkələrdə yayılan və mübahisəni əks etdirən görüntülər araşdırılıb.
"17.07.2024-cü tarixində 135 saylı xətt üzrə hərəkət edən "Isuzu Citibus" markalı 10-TH-326 qeydiyyat nişanlı avtobusda kondisioner sistemindəki nasazlıq səbəbindən yaranmış problem ilə bağlı sərnişinlə sürücü arasında mübahisə baş verib.
Araşdırma zamanı sərnişinlərdən birinin avtobusun salonunda sürücünün ünvanına nalayiq ifadələr işlətməsi, daha sonra sürücüyə yaxınlaşaraq əl-qol hərəkətləri ilə mübahisəni davam etdirməsi məlum olub. Avtobusda kondisionerlə bağlı texniki nasazlığın olduğunu bildirən sürücünü təhqir edən sərnişin münaqişəni israrla davam etdirib. Özünü ələ ala bilmədiyini deyən sürücü daha sonra bir neçə dəqiqə işə davam edə bilməyib və sərnişinlərdən müvəqqəti olaraq nəqliyyat vasitəsini tərk etməsini xahiş edib.
Məsələ ilə bağlı sürücü barəsində daxili təlimatlara uyğun olaraq tədbir görülüb. Sürücü gələcəkdə yarana biləcək bu kimi hallarla bağlı yenidən təlimatlandırılıb. Onun izahatı alınaraq barəsində töhmət elan edilib", - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə 135 saylı marşrut avtobusunda sürücünün kondisioneri yandırmaması səbəbindən mübahisə düşməsini özündə əks etdirən videogörüntü yayımlanmışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 888 Tarix: 18 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ziya Məmmədov illər sonra toyda göründü - Foto
Ötən gün Gülüstan sarayında sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun nəvəsi Elyarın toy məclisi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, toyda sabiq nazir də iştirak edərək təbriklərini çatdırıb. İşdən çıxarıldıqdan sonra Ucar rayonunda məskunlaşan Z.Məmmədo
4 aprelBu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə -a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütü
4 aprelBakıda bu ərazidə yeni bulvar salınacaq
Paytaxtın Yasamal rayonunda yerləşən və uzun illərdir "Qanlı göl" adı ilə tanınan ərazi ilə bağlı yenidənqurma planları yenidən müzakirə olunur. -in məlumatına görə, həmin su hövzəsinin ətrafında genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Bildirilir ki, layihəy
3 aprel6 uşağın zəhərləndiyi ailənin - 2 yaşlı Gülcənnəti öldü
Sumqayıtda zəhərlənən 6 uşaqdan biri vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, Xəzri bağlarında baş verən hadisədən sonra 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb. Digərlərinin müalicəsi davam edir. Qeyd edək ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunma
4 aprelBakıya gətirilərkən yolda öldü - Foto
Ötən gün Beyləqanda baş verən ağır qəzada yaralanan sürücü həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, rayonun Yeni Xocavənd qəsəbəsində baş verən qəzada yaralanan Sabunçu rayon sakini Quliyev Xəqani Xalqəddin oğlu Bakıdakı xəstəxanaya gətirilərkən yolda ölüb. "Hyundai" markal
3 aprelYağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Azərbaycanda aprelin 5-də havanın yağıntılı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhə
4 aprelBaş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ
Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı əsasında müşavirə keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, müşavirədə martın 26-28-də respublikanı
4 aprelXəzər dənizində zəlzələ baş verdi
Xəzər dənizində zəlzələ baş verib. Bu barədə -a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, Quba stansiyasından 69 km şimal-şərqdə yerli vaxtla saat 06:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 74 kilometr dərinlikd
4 aprel