"Qohumunun müalicəsinə pul lazımdır" deyənlərdən biri də tutuldu - Video
Yaxın qohumlarının müalicəsinə təcili pul lazım olması adı ilə yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri qanunsuz əməllərin daha bir iştirakçısı - paytaxt sakini 1978-ci il təvəllüdlü Serqey Karnauxov saxlanılıb.
Müəyyən edilib ki, S.Karnauxov "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib.
Qeyd olunan hüquqazidd əməllər nəticəsində S.Karnauxov 28.000, 9.000 və 6.000 manat olmaqla ümumilikdə 3 vətəndaşa 43.000 manat maddi ziyan vurub.
Saxlanılan şəxs pul vəsaitlərini əldə edəndən sonra "Telegram"da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. S.Karnauxov bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb. Araşdırma zamanı onun paytaxtın Nəsimi rayonunda da analoji əməllər etdiyi müəyyən edilib.
Faktlarla bağlı Sabunçu RPİ-nin 13-cü PŞ-də araşdırmalar davam etdirilir.
"Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər", - deyə DİN-in vətəndaşlara müraciətində vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 869 Tarix: 27 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabr