Meşədə söyüşə görə tanışını güllələyərək öldürən şəxsə HÖKM OXUNDU
Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərvin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə P.Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü il sentyabrın 14-də Oğuz rayonunun Mollalı kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü Pərvin Məmmədov həmkəndlisi və tanışı Toğrul Kərimovu sözügedən kəndin meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürüb. Pərvin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Pərvin Məmmədovun Toğrul Kərimova 3 000 manat borcu olub. Buna görə Toğrul onu və ailə üzvlərini təhqir edib. Onlar aralarında yaranmış narazılığa aydınlıq gətirmək məqsədilə Toğrul Kərimovun təklifi ilə sentyabrın 14-ü saat 14 radələrində meşəlik ərazidə görüşüblər. Bu zaman Toğrul Pərvini və ailə üzvlərini söyüb. Pərvin Toğrulun əlindəki qoşalüləli ov tüfəngini alıb və onu güllələyərək qətlə yetirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 554 Tarix: 30 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğlu Xalq artistinin səhhətindən danışdı
Xalq artisti Zaur Rzayevin oğlu Azər Rzazadə atasının səhhətindən danışıb. Teleqraf-a açıqlamasında o, Zaur Rzayevin müalicəsinin davam etdiyini açıqlayıb. "Atamın müalicəsi davam edir. Səhhəti yaxşıdır", - deyə A.Rzazadə deyib. Qeyd edək ki, Zaur Rzayevin 73 yaşı var. O, Mərkəzi Gömrük Hospitalın
1 aprelBakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO
Bakıda tələbə qıza sahibsiz itlər hücum edib. -ə istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) arxa həyətində qeydə alınıb. Yayılan görüntülərdən aydın olur ki, iki sahibsiz küçə iti qəfil şəkildə gənc qıza doğru qaçmağa başlayır. Gözlənilməz vəziyyətlə üzləşən tələb
1 aprelBakıda faciəvi şəkildə ölən ər-arvadın - Fotosu
Xəbər verdiyimiz kimi, Bakıda ər və arvad dəm qazından zəhərlənərək ölüb. "Qafqazinfo"nun xəbərinə görə, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və həyat yoldaşı, 1976-cı il təvəllüdlü Ülviyyə Nərimanova kirayə yaşadıqları fərdi evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər. Onların fotosun
2 aprelMəhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Qeyd edə
2 aprelBu gündən elektron siqaret çəkənlər cərimələnəcək
Bu gündən etibarən Azərbaycanda küçədə elektron siqaret çəkənlər cərimələnəcək. Axşam.az xəbər verir ki, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretləri
1 aprelLeysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
Aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıva
2 aprelAzərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədə
2 aprel