Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" HƏBS EDİLDİ

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" HƏBS EDİLDİBir neçə gün əvvəl Baş Prokurorluq tərəfindən şəxsi və ailə həyatına aid sirr olan məlumatların, istintaq sirrinin, zorakılıq və qəddarlığı təbliğ edən informasiyanı ictimailəşdirən şəxs həbs edilib.

Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin cinayət əməllərinə haqq qazandıran informasiyaların yayılmasının yolverilməzliyi barədə müvafiq xəbərdarlıq verilməsinə baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyd olunan qanunazidd davranışlar davam etdirilib:

"Belə ki, vətəndaş Xəqani Hüseynovun "Telegram" informasiya ehtiyatında "Xaqocan" adı ilə qeydiyyatdan keçdiyi səhifədə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan səhifədə Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işi üzrə istintaq sirrini təşkil edən, zərərçəkmiş şəxs Ayşən Kazımovaya aid şəxsi və ailə sirrini açıqlayan, o cümlədən zorakılığın təbliğinə dair qanunvericiliklə yayılması qadağan edilən məlumatların yer aldığı bir neçə videogörüntünün ictimailəşdirilməsi müəyyən edilib".

Məlumatda qeyd olunub ki, X.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (internet informasiya ehtiyatında və yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə sonuncu 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, iyulun 23-də səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu qəsdən mənzildən yerə atıldığı müəyyən edilib. Daha sonra hadisə ilə bağlı sosial şəbəkələrdə yayılması qadağan olunan videogörüntülər paylaşılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4424   Tarix: 30 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ardıcıl 3 gün YAĞIŞ YAĞACAQ - Bu tarixdən...

Bakı şəhərində qarşıdakı günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir. xəbər verir ki, hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 4, 5 və 6 aprel tarixlərində yağış yağacağı ehtimal olunur. Hazırda yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, qeyd oluna

1 aprel
.

Bu idman qidaları satışdan yığışdırıldı - Fotolar

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb. Axşam.az xəbər verir ki, monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliy

2 aprel
.

"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal (VİDEO)

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə bina inşa edən şirkət vətəndaşların hasarını uçurub və nəticədə qəzalı vəziyyət yaranıb. Şikayətçi Şahin Hüseynov qeyd edib ki, tikinti aparan şirkət qanunsuz fəaliyyə

1 aprel
.

Birinci sinfə şagird qəbulu bu tarixlərdə başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb. xəbər verir ki, bununla bağlı BŞTİ məlumat yayıb. Bildirilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ

31 mart
.

Bu rayonun 15 kəndində işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bir sıra kəndlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən -ə verilən məlumata görə, 110/35 kV-luq Xalxal yarımstansiyasından qidalanan 35/1

31 mart
.

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib. -ə istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) arxa həyətində qeydə alınıb. Yayılan görüntülərdən aydın olur ki, iki sahibsiz küçə iti qəfil şəkildə gənc qıza doğru qaçmağa başlayır. Gözlənilməz vəziyyətlə üzləşən tələb

1 aprel
.

Bu gündən elektron siqaret çəkənlər cərimələnəcək

Bu gündən etibarən Azərbaycanda küçədə elektron siqaret çəkənlər cərimələnəcək. Axşam.az xəbər verir ki, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretləri

1 aprel
.

"Universitetlərin regionlara köçürülməsi paytaxta yönəlmiş miqrasiyanın qarşısını ala bilər" - AÇIQLAMA

Bakıdakı ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi və bölgələrdə yeni universitetlərin yaradılması məsələsi artıq rəsmi sənədlərdə öz əksini tapıb. xəbər verir ki, layihə hazırda müzakirə mərhələsindədir və müəyyən edilmiş illər üzrə konkret tədbirlər həyata keçiriləcək. Bəs görəsən rayonları

31 mart
.

Partlayış səsləri eşidiləcək - MN

31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv ediləcək. xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Partlayış səsləri ilə əlaqəda

31 mart