"Cənab prezident İlham Əliyevin idman sahəsinə ayırdığı yüksək diqqət idmançılarımız üçün çox böyük stimuldur" - DEPUTAT
"Bu gün dövlətimiz tərəfindən idman sahəsinə xüsusi diqqət göstərilir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, cənab prezident İlham Əliyevin bu sahəyə ayırdığı yüksək diqqət idmançılarımız üçün çox böyük stimuldur:
"İdmançılarımız da dövlət başçımızın onlara olan etimadı daim doğruldaraq bizi öz qələbələri ilə sevindirirlər. Bir neçə gün öncə Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi oldu. O, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.Onun bu qələbəsi hər bir azərbaycanlı kimi məni də sevindirdi. Qalib ölkənin vətəndaşı olmağın qüruru idmançılarımızı daha əzmlə mübarizə aparmağa təşviq edir. Ölkəmizdə idmana göstərilən diqqət, bu sahəyə marağın yaradılması və getdikcə artırılması gələcək nəsillərin sağlam yetişməsini diqqətdə saxlayan dövlətin məqsədli tədbirlərinin bir hissəsidir. Gənclərin fiziki aktivliyinin artırılması, əyləncə və maraqlarının bu yolla təmin olunması onları pis vərdişlərdən uzaqlaşdıran ən yararlı metodlardan biridir".
Deputat vurğulayıb ki, bu gün ölkəmizdə ölkəmizdə idman obyektlərinin tikilib istifadəyə verilməsi, uşaq və gənclərin idmanın müxtəlif sahələrinə cəlb olunması prosesi sürətlə davam etdirilir:
"Qələbə qazanaraq ölkəmizin idman şərəfini layiqincə qoruyan idmançılara göstərilən diqqət və qayğı da gənclərin bu sahəyə olan marağını daha da artırır. Mütəmadı olaraq cənab prezident İlham Əliyevin idmançılarla görüşməsi xoş bir ənənəyə çevrilib. Keçirilən bütün görüşlər idmançıların daim diqqətdə olmalarının sübutudur.
Təkcə paytaxtda deyil, bölgələrdə də idman sahəsinin inkişafı üçün böyük işlər görülür. Bölgələrdə Olimpiya İdman Komplekslərinin yaradılması idmana dövlət səviyyəsində diqqətin göstəricisidir. 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin önəmli bir hissəsinin də idman sahəsinə ayrılması təqdirəlayiqdir. Yeni yaradılmış şərait nəticəsində qısa zaman ərzində işğaldan azad olunmuş bölgələrdə beynəlxalq yarışların təşkili ölkəmizdə idmanın inkişafının təmin olunması istiqamətində aparılan kompleks işlərin bir hissəsidir.
Ümumilikdə isə əldə olunan bütün uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 729 Tarix: 31 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş2027-ci ildə pensiyalar nə qədər arta bilər?
2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"
27 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabr