Aqressivlik, xəyal qırıqlığı: Yayda payız havasının mənfi təsirləri - ARAŞDIRMA

Aqressivlik, xəyal qırıqlığı: Yayda payız havasının mənfi təsirləri - ARAŞDIRMASon illər yay fəslində tez-tez havaların qeyri-sabit keçdiyini müşahidə edirik. Yayın ortasında qəfildən leysan yağışları, havaların soyuması halları baş verir. Bu baxımdan bu il də istisna olmadı. İyulun son günlərində müşahidə olunan qeyri-sabit, yaya xas olmayan hava insanları təəccübləndirdi.

Bəs bu cür havalarda necə davranmaq lazımdır? Səhhətimizi necə qorumalıyıq? Diqqət etməli olduğumuz məqamlar hansılardır?

"Kaspi" qəzetinin növbəti məqaləsində bu və digər suallara cavab tapmaq olar.

Ürək-damar, diabet xəstələri diqqətli olmalıdırlar

Terapevt Fəxriyyə Əhmədova belə hava dəyişikliklərində xroniki xəstəlikləri olanları daha diqqətli olmağa çağırıb:

"Revmatik xəstələr belə havaları daha pis keçirirlər. Onlarda oynaqlarda ağrılar, üşütmə, qızdırma, baş ağrısı, halsızlıq kimi hallar meydana gələ bilir. Ürək-damar xəstəlikləri olan şəxslərin də belə havalarda özlərini narahat hiss etmələri mümkündür. Vegetativ damar distansiyası, yəni sinir sistemində narahatçılığı olan xəstələr də havaların kəskin dəyişməsinə ciddi reaksiya verirlər. Şəkərli diabet xəstəliyi olan şəxslər də risk qrupuna daxildirlər".

Dərhal dərman qəbul etməyin

Terapevt hesab edir ki, yayda soyuq havalar müvəqqəti olsa da, bəzi məqamlarda ehtiyatlı olmalıyıq:

"Belə havalarda dərhal dərman qəbuluna qaçmaq lazım deyil. Ən azından, bir qədər gözləmək məqsədəuyğundur. Əsas da qan təzyiqinə nəzarət etmək lazımdır. Bu cür yağışlı, tutqun havalarda dərmanlara köklənməkdənsə, geyimə, yuxu rejiminə fikir vermək tövsiyə edilir. Təzyiqə və şəkərə xüsusi nəzarət mütləqdir. Küləkli havalarda çalışmaq lazımdır ki, açıq havada çox olmayaq. Ürək-damar patologiyası olan insanlar qapalı yerlərdə daha çox zaman keçirməlidirlər. Bu havalar xüsusi xəstəlik yaratmasa da, xroniki halları kəskinləşdirə bilir. Soyuq havada dənizə getmək təhlükəlidir. Çalışmaq lazımdır bu havalarda dondurmadan, soyuq içkilərdən çox istifadə olunmasın. Xüsusilə də uşaqlara nəzarət gücləndirilməlidir".

"Hava soyuyan kimi qış paltarları geyinmək məsləhət deyil"

Allerqoloq Şahvələd Məmmədovun sözlərinə görə, belə dəyişkən havalar bədənin temperatur tənzimləməsinə təsir göstərir:

"İnsanlar havalar soyuyan kimi payız fəslinə aid paltarlara keçid edirlər. Bu da orqanizmin temperatur tənzimləməsinin pozulmasına gətirib çıxarır. Bir neçə gündən sonra yenidən havanın isinməsi orqanizmi yenidən dəyişikliyə məcbur edir. Bu da bir çox xroniki xəstələr üçün arzuolunmazdır. Belə havalar müəyyən geomaqnit qasırğaların yaranmasına və ağır ürək-damar, bronxial-ağciyər, xroniki şəkərli diabet, hipertoniya xəstələrinin ağırlaşmalarına gətirib çıxara bilər. Ona görə bu xəstələr belə havalarda daha diqqətli olmalıdırlar. İnsanlar belə dəyişkən havalara adaptasiya olunmalıdırlar. Yəni hava soyuyan kimi qış paltarları geyinmək də məsləhət deyil".

Belə havalara adaptasiya olmalıyıq

Tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, hazırda havaların soyuması ilə əlaqədar müəyyən viruslar aktivdir:

"Belə havalarda geyimimizə diqqət etmək lazımdır. İnsanlar yay geyimində soyuq havada olurlar. Bu zaman soyuqdəymə halları baş verir. Belə havalarda orqanizmin uyğunlaşma reaksiyaları dəyişdiyindən müəyyən virusların da fəallaşması müşahidə edilir. Bu gün ayrı-ayrı yerlərdə lokal epidemiyaların olmasını da müşahidə edirik. Hesab edirəm ki, yavaş-yavaş belə hava şəraiti dəyişikliklərinə uyğunlaşmalıyıq".

Aqressivlik, xəyal qırıqlığı qaçılmazdır

Psixoloq Gülnarə Muxtarovanın sözlərinə görə, iqlim dəyişikliyi insanlara psixoloji də təsir edir:

"Son dönəmlərdə havaların dəyişkən, qeyri-sabit keçməsi, tez-tez yağışların yağması insanların planlarında dəyişiklik etmələrinə səbəb olur. Bu da birbaşa psixologiyaya təsir edir. Çünki əksəriyyət yay aylarında istirahət xəyalları qurur və tətil planlarını gerçəkləşdirmək istəyir. Hava şəraitinin gözlənilməyən şəkildə dəyişməsi, insanların gözləntilərinin qarşılanmaması aqressivlik, xəyal qırıqlığı yarada bilir. Təkrar işləməyə davam etmək tükənmişlik sindromu kimi psixoloji sindromların baş qaldırmasına, yaxud əgər varsa, daha da güclənməsinə imkan yaradır".

G.Muxtarova düşünür ki, insanlar hava şəraitindən asılı olmayaraq planlarını pozmamalıdırlar:

"Belə hallarda insanlar havaların bir az daha yaxşılaşmasını gözləyirlər. Amma tövsiyə edərdim ki, hava şəraiti necə olursa-olsun planlaşdırdıqları istirahəti yubatmasınlar. Sadəcə, hava şəraitinə uyğun B planları da olsun. Alternativ plan qurmaq daha məqsədəuyğundur, nəinki mövcud planı ləğv etmək".

Psixoloq Günel Hacızadənin fikrincə, hava şəraitinin insanlara təsiri fərdidir:

"Fəsillərin və hava şəraitinin dəyişməsi insanlara həm fiziki, həm də psixoloji cəhətdən ciddi təsir göstərir. Bəzi insanlara tutqun və buludlu hava pis təsir edərkən, bəzi insanlarda isti və günəşli hava mənfi təsirlər yaradır. Kəskin hava dəyişkənliyi isə əksər insanların motivasiyasına mənfi təsir göstərir. Xəyal etdiyi kimi dincələ bilməmək ruh düşkünlüyü, hətta depressiyaya səbəb ola bilər. İstirahət planı qurarkən, havanın dəyişkənliyini nəzərə almaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 513   Tarix: 04 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr