Bakının bu ərazisində söküntü işləri başlayır - Sakinlər köçürüləcək - VİDEO
Bakının Yasamal rayonu ərazisində söküntü işləri başlayacaq.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Yasamal rayonunun 2-ci Alatava massivindən gedir.
Sakinlərin sözlərinə görə, aiddiyyəti qurumun işçiləri bir neçə gün əvvəl əraziyə baxış keçiriblər.
Alatava sakinləri bildiriblər ki, onlara görüləcək işlərlə bağlı hələlik heç bir məlumat verilməyib.
Ərazidə yaşayan sakinlər və mülkiyyət sahibləri söküntü işlərinin həyata keçirilməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onlar kompensasiya məsələləri və yeni yaşayış yerlərinin təminatı ilə bağlı məlumatların dəqiq olmamasından narazıdırlar.
Onlar deyirlər ki, bundan əvvəl də bir neçə dəfə icra əməkdaşları ərazidə olublar.
Qeyd edək ki, bu ərazi şəhərin inkişaf planları çərçivəsində yenidən qurulması nəzərdə tutulan sahələrdən biridir. Xırdalan dairəsindən üzü "20 Yanvar" metrostansiyasına tərəf və əks istiqamətdə daim tıxacın olması bu yola alternativ köməkçi yolların çəkilməsi və yol qovşaqlarının tikintisi ilə bağlı prosesə start verilməsini prioritetə çevirib. Yeni çəkiləcək yollar və tikiləcək yol ötürücülərinin bir hissəsi 2-ci Alatava qəsəbəsi ərazisindən keçəcək. Bu plana uyğun olaraq ərazidə müasir infrastruktur və yeni yaşayış binalarının tikilməsi planlaşdırılır.
Söküntü işlərinin başlanması ilə bağlı isə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, ərazinin sökülməsi ilə bağlı yaxın günlərdə açıqlama veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1304 Tarix: 04 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabr