"Vətəni haqda pis düşünən insan..." - "Qaynana" filminin AFƏTİ

"Vətəni haqda pis düşünən insan..." - "Qaynana" filminin AFƏTİ"Qaynana" filminin Afəti, Rusiyanın məşhur kino və teatr aktrisası İnarə Quliyeva özəl olaraq Moderator.az saytının suallarını cavablandırıb.

-İnarə xanım hər vaxtınız xeyir. Necəsiniz? Sizi Azərbaycandan salamlayırıq.

-Təşəkkür edirəm. Yada saldığınız üçün minnətdaram. Yay fəslidir, bağda dincəlirəm.

- Bir müddət əvvəl də sizə zəng etmişdim.
- Bəli, elədir. Azərbaycandan mənə başqa zəng edən olmadığı üçün sizin zənginizi əlbəttə ki, xatırlayıram (gülür).

- Azərbaycanda bir neçə filmdə baş rolda çəkilmisiniz. Bu barədə xatirələrinizi bizlə bölüşə bilərsinizmi?

- Bilirəm ki, bütün bunları mənim dilimdən eşitmək sizin üçün çox maraqlıdır. Nə deyə bilərəm ki? Hər şey gözəl idi, nağıl kimi, qəşəng idi. Xatirələr dəyişmir ki.. Olduğu kimi qalır. Xüsusilə Nəsibə xanımı gözəl xatırlayıram. Çox mülayim, qayğıkeş bir insan idi.

- O illər sizə daha çox nəyi xatırladır?

-O illər gəncliyimizinin qaynar, eləcə də film kariyeramızın məhsuldar çağı idi! Təəssüfləndirən odur ki, artıq hər şey geridə qalıb, bir göz qırpımında yaşanıb elə bil.

-Çəkilişlər zamanı ən yaddaqalan epizodlardan danışa bilərsinizmi?

-Hər kəs filmin mükəmməl ərsəyə gəlməsi üçün vahid bir komanda kimi işləyirdi, kollektivin hər bir üzvü bir-birinə dostcasına yanaşırdı, rəğbət bəsləyirdi. Deyirdik, gülürdük, danışırdıq. Rejissor bəzən hansısa aktyor oyununa əsəbləşirdi. Bəzən o da bizə qoşulub gülüş doğuran situatsiyalara gülürdü (gülür).

-Yenə də filmdə çəkilmək istərdinizmi?

-Mən artıq Rusiyada yaşayıram. Əlbəttə ki, çəkilmək istərdim. Niyə də yox? Mən aktrisayam, bu mənim işimdir.

-Azərbaycan barədə nə deyə bilərsiniz?

-Azərbaycan çəkildiyim ölkədən əlavə, həm də əcdadlarımın vətənidir. İnsan öz vətəni haqda yalnız xoş anları xatırlayır. Mənimlə razılaşarsınız ki, vətəni haqda pis düşünən insan özü də birmənalı olaraq yaxşı vətəndaş ola bilməz. Ölkənizə firavanlıq və çiçəklənmə arzulayıram.

-Yəqin ki çoxdandır Azərbaycanda olmamısınız? Gəlmək istərdinizmi?

-Qəribə səslənir, çəkildiyim bütün ölkələrdə olmaq istərdim sözsüz ki..

-Yenidən hansısa filmə dəvət almaq, çəkilmək istərdinizmi?

-Bilirsinizmi yaş öz sözünü deyir. Açığı desəm, xeyr. Hər bir aktrisa öz pərəstişkarlarının gözündə o zirvədəki kimi gözəl, möhtəşəm xatırlanmaq istəyir. İndi daha çox teatrda gənc aktyor və aktrisalara öz bildiklərimi aşılamağa çalışıram. Çox rəy-çox insan deməkdir. Bakı şəhəri və Azərbaycan barədə parlaq xatirələrim var.

- "Alma almaya bənzər" filmindəki "şagirdiniz" Kərimov-Cəmil Quliyev barədə nələri xatırlayırsınız?

-Ən yaxşı, ən qayğısız anları. Müəllimə öz şagirdi barədə necə düşünə bilərsə elə.. (gülür)

-Azərbaycanda sizi çox sevirlər, illər keçsə də o şux və tələbkar "müəllim" kino tariximizdə ən koloritli obrazlardandır.

-Təşəkkür edirəm. Bayaq qeyd etdiyim kimi, Azərbaycanı birmənalı olaraq, təkcə filmdə çəkildiyim üçün deyil, əcdadlarımın vətəni, qonaqpərvər bir ölkə olaraq sevirəm.

-Sizi sevənlərə çatdırmaq istədiyiniz ürək sözləriniz varmı?

-Hədsiz təşəkkür edirəm, yada salmısınız və müsahibə alırsınız. Bu çox qürurvericidir. Pərəstişkarlarıma və ölkənizə qucaq dolusu salamlar göndərirəm.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 8432   Tarix: 07 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"

"Nəriman Həsənzadənin vəfatı Azərbaycan elmi və ədəbiyyatı üçün ağır itkidir". xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib. Anar bildirib ki, Nəriman Həsənzadə təkcə görkəml

2 avqust
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""

Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə

5 iyun
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

8 iyul
.

15 il sonra "Harri Potter"dəki roluna qayıdır

Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub

28 avqust
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul