Neftin qiyməti maaş, pensiya, müavinət və təqaüdlərə təsir göstərəcək?
"Azərbaycanın dövlət gəlirlərinin formalaşmasında neftdən əldə etdiyimiz gəlirlərin xüsusi payı var və ümumi ixracatımızın təxminən 80 faizi neft və neft məhsullarıdır. Bu kontekstdə neftin dünya bazarında qiyməti fizikal gəlirlərin artması, ölkəyə daxil olan valyutanın həcmi baxımdan çox vacibdir".
Bu sözləri BAKU.WS-ə iqtisadçı Vüqar Bayramov bildirib.
O əlavə edib ki, 2024-cü ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 75 dollar nəzərdə tutulub: "Hazırda dünya bazarında neftin qiyməti 79 dollara təklif olunur. Əvvəlki aylarda - 2024-cü ilin ilk yeddi ayında neftin dünya bazarındakı qiyməti təxminən 80 dollar ətrafında dəyişib.
Bu o deməkdir ki, növbəti aylarda orta qiymət 70 dollar olarsa, praktik olaraq büdcədə nəzərdə tutulan qiymətə uyğun qiymət formalaşacaq. Büdcə praktik olaraq 75 dollardan hesablanaraq dünya bazarındakı qiymətə uyğunlaşacaq.
Amma bütün hallarda neftin dünya bazarındakı qiymətinin azalmasına baxmayaraq, fiskal xərcləmələrimizdə hər hansı bir çətinliyin və yubanmanın olacağı gözlənilmir. Büdcədə nəzərdə tutulan bütün sosial xərclər və digər ödənişlər vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçiriləcək.
Ona görə də dövlət büdcəsindən həyata keçirilən əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yubanmaların və ya azalmaların olacağı gözlənilmir. Əksinə, büdcə dürüstləşməsi nəticəsində sosial xərclərdə müəyyən artımlar nəzərdə tutulub. Xüsusən də bu xərclər pensiya ödənişləri üçün nəzərdə tutulan xərclərdir.
Neftin dünya bazarındakı qiymətinin aşağı düşməsinə baxmayaraq, sosial ayırmalarda əmək haqqı, pensiya, müavinət və digər ödənişlərdə hər hansı bir azalmalar gözlənilmir, nəzərdə tutulmayıb. vaxtı vaxtında köçürmələri həyata keçirmək mümkün olacaq. Azərbaycanda büdcədən ayrılan vəsaitlərin həcminə və bütövlükdə xərcləmələrə hər hansı bir mənfi təsir göstərməyəcək və təsdiq olunan büdcəyə uyğun olaraq sosial və digər ayırmalar həyata keçiriləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 686 Tarix: 09 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabr