Taksilər üzərində sərt nəzarət: Qiymətlər artacaq
Azərbaycanda taksi xidmətinə daha bir qurum nəzarət etməyə başlayır. Bundan sonra taksi fəaliyyətinə Vergi Xidməti də nəzarət edəcək. Bu, Nazirlər Kabinetinin yeni qərarından sonra reallaşıb.
Qərara əsasən, faktiki olaraq hər bir taksi avtomobili üzrə gəlirlər barədə vergiyə hesabat verəcək. Belə ki, yeni qərara görə, Taksi sifarişi operatorları hər ay vergi xidmətinə maşının modeli, qeydiyyat nişanı və markası ilə yanaşı, taksi operatoru və taksi avtomobili üzrə əlavə məlumatlar da verməlidirlər. Bəs görəsən, bu taksinin fərdi və şirkət seqmentində hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, fərdi taksi fəaliyyəti ilə məşğul olanların gəlir vergisinə cəlb olunması bağlanan müqavilələrdən asılıdır: dirnaq modelleri
"Bütün hallarda taksi xidmətində kifayət qədər ciddi bahalaşma var. Bildiyiniz kimi, bahalaşma təxminən 2 dəfəyə qədər yaxınlaşıb. Onsuz da bu vaxta qədər tətbiq olunan yeniliklər taksi xidmətinə öz təsirini göstərib. Fiziki şəxslər gəlirini bəyannamə ilə vergi orqanlarına təqdim edir. Burada gəlirin nə qədərini göstərib-göstərməyəcəyi artıq başqa məsələdir. Fiziki şəxslərin standart vergi tətbiqi var. Məlum olduğu kimi, onlar gəlirdən 4 faiz vergi ödəyir. Düşünürəm ki, eyni zamanda həmin fiziki şəxslərə tətbiq olunacaq gəlir verigisi məhz fiziki şəxs kimi fəaliyyət göstərənlərə tətbiq olunacaq. Bu 4 faizdən çox ola bilməz və qanunvericilik buna imkan vermir".
Ekspert şirkətlərlə taksi xidmətləri arasında bağlanmış müqavilələrin ciddi incələnməli olduğunu qeyd edib:
"Burada şirkətlərlə taksi xidməti arasında bağlanmış müqavilələr də kifayət qədər incələnməlidir. Əgər birbaşa xidmət göstərən subyekt olaraq şirkətin özü göstəriləcəksə, o zaman fərdi olaraq hər bir taksi xidməti vergiyə cəlb olunmamalıdır. Ümumi olaraq bütünlükdə gəlir vergisini şirkət ödəməlidir. Yəni bu cür tətbiq olmaların müqavilələrə bağlılığı çox ciddi məsələdir. Vergi tutumları şirkətlə və ya fiziki şəxsə bağlanan müqavilələrə əsaslanacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2717 Tarix: 09 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabr